• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalistin döyülməsi adiləşməməli

  • 27 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetTribunaYazarlar

Hikmət Nazim

Səhv etmirəmsə, Xədicə İsmayılın sözüdür. Deyir ki, jurnalistə imtiyaz yox, zəng edəndə ona məlumat vermək lazımdır.

Bu fikri bir az dəyişib belə də yazmaq mümkündür: jurnalistin ev şəraitini yaxşılaşdırmaq yox, aksiyada peşə fəaliyyətini yerinə yetirməyinə şərait yaratmaq lazımdır.

***

Fevralın 11-i axşam saatlarında iki gün əvvəlki parlament seçkisinin bir qrup namizədi və onların tərəfdarları Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası keçirməyə çalışdı. Heç şübhəsiz, polis aksiyanı qanunsuz hesab edərək dağıtdı. Aksiyaçıları isə avtobusa doldurub şəhərdən çıxardı. Nəticədə bir nəfərin əli sındı, bir nəfərin ürəyi tutdu, daha neçə nəfər müxtəlif xəsarətlər aldı.

Təəssüf ki, polisin müdaxiləsi zamanı döyülərək xəsarət alanlar arasında media nümayəndələri də vardı. Müsavat Partiyasının üzvü və “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli üzündəki göyərtilərin fotolarını paylaşmışdı.

Sevinc Vaqifqızının qolunun və üzünün əzildiyinə dair məlumatlar və fotolar yayılmış, eləcə də Aynur Elgünəşin vurularaq yıxıldığı haqda statuslar yazılmışdı. Hətta onun yıxılması “Feysbuk” sosial şəbəkəsində çəkilmiş canlı yayımda da görüntülənmişdi.

Polisin açıq-aşkar şiddət göstərdiyi görüntülərin sosial mediada geniş yayılmağına, Elgünəşin aldığı xəsarətlər barədə şəxsən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevlə danışdığını deməsinə baxmayaraq polisin fikri kimsənin burnunun belə qanamadığı yönündə idi. Niyə?

Ona görə ki, məsələnin işıqlandırılması sadəcə sosial şəbəkələrin ümidinə qalmışdı. Saytlar isə həmin vaxt Serbiyanın dövlət başçısı Aleksandr Vuçiçin Azərbaycan prezidenti İlham Əliyevə Yeni Azərbaycan Partiyasının parlament seçkisində qalib gəlməsi münasibətilə ünvanladığı təbrik məktubunu yayımlamaqla məşğul idi.

Söz düşən kimi tərəfsizlikdən danışmaq çox asandır. Aksiyaçının əlinin sındırılması, kiminsə ürəktutması bəlkə də yeni xəbər deyil, bu kimi hallar az qala hər aksiyada baş verir, bir növ adiləşib. Jurnalistlərin döyülməsi, döyüləndən sonra halının pisləşməsi isə əsl manşetlik xəbər idi. Bunu az qala partiya orqanı kimi fəaliyyət göstərən bir-iki saytdan başqa heç bir media qurumu yazmadı. Bəziləri isə ancaq səhərisi gün döyülənlərdən açıqlama alıb dərc elədi. Yəni media nümayəndələri həmkarlarının döyülməsi haqda susdu. Bu haqda üç abzaslıq xəbər yazmağı belə çox gördü.

***

Bu günlərdə İstanbulun Esenyurd rayonunda bir məktəbdə valideynlər təcavüz iddiası ilə aksiya keçirmişdilər. “Kanal D”nin müxbiri Şəvval Şirin məktəb müdirindən müsahibə alarkən saxlanmışdı. Polislərin onu məktəbin içinə apardığı, məhkəmə qərarı olmadan mobil telefonunu əlindən alaraq saatlarla bir otaqda saxladığı bildirilmişdi.

Türkiyə Jurnalistlər Birliyi dərhal məsələ ilə bağlı bəyanat yaydı: “…Ölkəmizdə jurnalistlərə xəbər hazırlayarkən başda siyasətçilər və hüquq mühafizə orqanlarının əməkdaşları olmaqla bir çox güc strukturundan sistemli müdaxilələr olur. Hüquqi dövlətdə ictimai maraqlara xidmət edən jurnalistlər məhkəmə qərarı olmadan saxlana, xəbər hazırlamaqlarına əngəl yaradıla bilməz…”

***

Razıyam. Azərbaycan jurnalist qətlləri də görüb, o qətllərin heç olmamış kimi ört-basdır eldilməsini də. Hətta bir vaxtlar jurnalist qətllərinə etiraz edənlərin bəziləri indi “media kapitanı”dır. Yəni olur belə şeylər. Ancaq fikrimcə, media nümayəndələrinin döyülməsi adiləşməməlidir. Adiləşdikcə daha çox jurnalist döyüləcək, təhqir olunacaq, bəzən də öldürüləcək.

Sıra döyülən, söyülən jurnalistlər haqqında üç abzaslıq xəbər yazmağı çox görən “tənbəl media” nümayəndələrinə də gələcək. Hansılar ki ömrü boyu press-reliz dərc eləməkdən başqa heç bir iş görməyiblər. Hər şeyə vaxtında müdaxilə, etiraz etmək lazımdır, əks təqdirdə gec olur. Həbsxanalar jurnalistlə doldurulanda işin içindən çıxmaq çətin olacaq.

Könül istər ki, bir daha təkrar olunmasın. Belə hallar təkrar yaşanacağı halda Azərbaycan Mətbuat Şurası və şəxsən qurumun sədri Əflatun Amaşov yerindəcə bəyanat yaymalıdır. Necə ki ötən il oktyabrın 19-da Milli Şuranın “28 May” metro stansiyası önündəki mitinqindən əvvəl jurnalistlərə və hüquq mühafizə orqanlarına çağırış eləmişdi.

Müəllifin başqa yazıları:

Jurnalist də Tanrı kimi…

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

“Düz bazar”, yoxsa bazar?

“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?

Mediada təcrübə

Bakılının erməni musiqisinə qulaq asmağı

Yola verənlər…

Medianın azad fikrə reaksiyası

Bloqçu Mehman və jurnalist…

Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?

Qanalı Əhməd və azərbaycanlı Rasim

Senzura haqqında bir neçə kəlmə

Çörəklə sınağa çəkilənlər…

Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər

İntim görüntüləri yayılan kimdir?

“Sevgilisi var – ona görə”

Şura “11” deyir, İşçi Qrupu “9”…

Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?

Müxbiri müsahibin ayağına verənlər…

Bölgələrdən niyə xəbər yoxdur?

Moskva razılaşması haqqında bir neçə söz

Zamanla ayaqlaşmaq

Bir cümlədə üç xəta

Televiziyalar niyə hələ də var?

Efir ehtirası…

Media və ikili standart

“Zombiləşmiş” müxbir

Əminənin qətlində türk seriallarının payı

Yüksək oxu sayına güvənmək olarmı?

Ezop dili və yayınan hədəf

Yuxudan oyananda nə edirsiniz?

Elektron kitablar və virtual müsahibələr…

Halbuki…

Media və seçici

14 ölkə, 1 təşkilat, 22 ştat…

  • 27 Fevral 2020
  • comments

Övlad götürmək qaydası təsdiqləndi

  • 27 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda