Rövşən Ağayev
Qazaxıstan və Azərbaycan. Hər ikisi resurs ölkəsidir. Təbii resursdan asılılıq səviyyələri də çox yaxındır. Hər iki ölkədə büdcənin 60%-ə yaxını, ümumi daxili məhsulun təxminən yarısı, ixracın 90%-ə qədəri təbii resurs qazancından asılıdır.
Amma bu ölkələrin monetar göstəriciləri bir-birindən çox kəskin fərqlənir. Bu fərqləri iqtisadiyyatdakı dinamizm, milli sərvətin və resursların müxtəlif subyektlər arasında bölünmə səviyyəsi, kiçik və orta sahibkarlığın milli gəlirin yaradılmasında iştirak payı, gizli iqtisadiyyatın səviyyəsi, resursdankənar ixracın paylaşma səviyyəsi kimi faktorlar yaradır.
Monetar göstəricilər arasında fərqə baxaq: 2019-cu ildə Azərbaycanda pul bazasının əsas elementi olan nağd pulun geniş pul kütləsində payı 37% həddində rəsmiləşib. Qazaxıstanda bu göstərici cəmi 12,6%-dir. Bizdə nağd pulun belə böyük payı gizli iqtisadiyyatın daim çiçəklənməsinin mühərrikidir.
İkinci mühüm fərq: Azərbaycanda banklardankənar nağd pulun geniş pul kütləsində payı 33%-dir, Qazaxıstanda 10% ətrafında.
Üçüncü mühüm fərq: Azərbaycanda geniş pul kütləsinin 67%-i iqtisadiyyatın üç müxtəlif institusional vahidinə məxsus depozitlər hesabına formalaşır, Qazaxıstanda təxminən 90%-i. Bu fakt göstərir ki, Qazaxıstanda iqtisadiyyatın əlavə dəyər və sərvət yaratmaq potensialı bizimlə müqayisədə çox yüksəkdir. Depozitlər iqtisadiyyatın maliyyə sərvətinin əsas formalarından biridir.
Nəhayət, Azərbaycanda geniş pul kütləsinin 37%-i xarici valyutada, 30%-i milli valyutada depozitlərdən formalaşır. Qazaxıstanda geniş pul kütləsinin 24%-i xarici valyutada, 65%-i milli valyutada depozitlərdən qaynaqlanır.
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar