• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ehtiyat – hərbçinin yaraşığı

  • 18 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetTribuna

Hər bir dövlət ehtiyata çıxan hərbi qulluqçunun dolanışığını təmin etməlidir. Ehtiyatda olan hərbçinin imtiyazları birbaşa qanunda əksini tapır. Ömrünün böyük bir hissəsini vətənə xidmətə həsr etmiş insan heç bir halda korluq çəkməməlidir.

Keçmiş hərbçilərin normal pensiya təminatı, havayı tibbi xidmətdən yararlanmaq şansı və hətta pulsuz ev əldə etmək imkanı olur. Amma bəzən incə bir psixoloji məqam unudulur: ehtiyata çıxan zabit yetkin bir insandır, onun hələ faydalı işdə çalışmaq, yeni sahədə özünü sınamaq istəyi var.

İllərlə hərbi qulluqda olmuş zabitin mülki həyata adaptasiyası necə baş verir? Azərbaycanda keçmiş zabitlər üçün uyğunlaşma proqramları varmı?

Eldəniz Hüseynov

Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı, hərbi ekspert Eldəniz Hüseynov Novator.az-a açıqlamasında mülki həyata adaptasiya çətinliyi çəkdiyini bildirib: “İki ildir hərbi xidmətdən uzağam, amma mülki həyata hələ də uyğunlaşa bilmirəm. Bunu hansısa məşğuliyyətimin olmamasıyla əlaqələndirirəm. Məktəbdə müəllim işləmək üçün Ağdam rayonunun əvvəlki icra başçısı Raqub Məmmədova müraciət etmişdim. Söz vermişdi, bir il gözlədim, heç bir nəticə olmadı. Sonra yeni başçı Vaqif Həsənovun qəbulunda oldum, işləmək üçün müraciət etdim, o da söz verdi, görək nə olacaq…

İşlə təmin olunmaqla bağlı heç bir proqram yoxdur. Pensiya alırıq, onu da ayın sonundan tez vermirlər. Sosial təminat deyirlər, ancaq heç kim bizimlə maraqlanmır. Ev növbəsindəyəm, onu da hələ öz qohumlarına verirlər. Çətinlik çoxdur, hansını deyəsən?”

Hərbi ekspert ehtiyatda olan hərbçilərin hospitalda müayinə və müalicə probleminə də toxunub: “Qanunda var ki, rütbəsi mayordan yuxarı olan, 20 il xidmət keçmiş zabitlər pulsuz müayinə və müalicə olunmalıdırlar. Amma sərəncam var ki, öz arzusuyla ehtiyata çıxmış hərbi qulluqçular hospitala buraxılmasın.

Hərbçilər ehtiyata buraxılandan sonra tamamilə unudulurlar. Halbuki müharibədə və döyüşlərdə rəşadət göstərib neçə-neçə düşməni zərərsizləşdiriblər”.

Vüqar Dadaşov

Hüquqşünas Vüqar Dadaşov ehtiyatda olan hərbçilər üçün bir sıra proqramın nəzərdə tutulduğunu deyir: “Tibb müəssisələrində, xüsusi təyinatlı mərkəzlərdə bərpa və adaptasiya prosesi aparılır, yaralıların xarici ölkələrə bərpa məqsədi ilə ezamiyyəti təşkil edilir. Evsiz hərbçilər qulluq müddətinə uyğun növbələşmə prinsipiylə mənzillə və ya fərdi yaşayış eviylə təmin edilir”.

Hüquqşünasın fikrincə, reabilitasiya mərkəzlərində ehtiyatda olan hərbçilər üçün sosial proqramlar faktiki icra olunmur: “Bu gün xüsusi təyinatlı mərkəzlərdə ehtiyatda olan hərbçinin yeni işi öyrənmək, mənimsəmək və sonrakı həyatında həmin işlə məşğul olmaq imkanı yox dərəcəsindədir. Reabilitasiya mərkəzlərində faktiki olaraq sağlamlığın bərpası aparılır. Yeni məşğuliyyətin seçimi və ya öyrədilməsi proqramı yoxdur. Burada sosial adaptasiya nəzərdə tutulsa da, bu sahədə faktiki iş aparılmır”.

Dünyanın bir çox ölkəsində keçmiş hərbçinin yeni həyata adaptasiya məsələsinə ciddi önəm verilir. Qonşu Rusiyada hərbçinin adaptasiya məsələsi dövlət səviyyəsində həll olunur. Bir neçə təhsil ocağı – Moskva Dövlət Texniki Universiteti, Prezident yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının filiallarından biri hərbçilərə yeni peşə əldə imkan verən kurslar təşkil edir. Ehtiyatda olan zabitlər yarım ildə 500 saat dərs almaqla diploma yiyələnə bilirlər.

ABŞ, Böyük Britaniya, Almaniya və Fransada ehtiyatda olan hərbçinin adaptasiya və yeni peşə əldə etməsinə yönəlmiş onlarla proqram var. Bu proqramların çoxu vaxtilə ekstremal şəraitdə qulluq etmiş insanların tezliklə yeni şəraitə uyğunlaşmasına imkan yaradır.

Azadə Yolçu

Real gəlirlərin artım tempi aşağı düşüb

  • 18 Dekabr 2019
  • comments

Məhkəmə sistemində yeniliklər zərfi imzalandı

  • 19 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Ordu
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda