Oktyabrın 10-da ABŞ dollarının məzənnəsi 1,7 manat həddində qalıb. Gürcüstan larisinin rəsmi qiyməti də dəyişməyib: 0.5735 manat.
Novator.az-ın məlumatına görə, Mərkəzi Bank avro (1,8677 manat), Çin yuanı (0,2389 manat), İngiltərə funt sterlinqi (2,0785 manat), İsveç kronu (0,1711 manat) və Rusiya rublunu (0,0262 manat) bahalaşdırıb.
Dəyər itirən Türkiyə lirəsi isə banklara 0,2896 manata təklif olunur (Valyutalar).
Dolların indiki qiyməti 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla start verib.
Dövlət Neft Fondu manatın qorunması üçün Mərkəzi Bankın 2019-cu ilin doqquz ayında keçirdiyi valyuta hərraclarında 4 milyard 512,8 milyon ABŞ dolları məbləğində vəsait satıb.