• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Polad Aslanovun həbs müddəti uzadılıb

  • 07 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Xeberman.com və Press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov barəsində seçilmiş həbs qətimkan tədbiri daha 4 ay – gələn il fevralın 12-dək uzadılıb.

Qərarı oktyabrın 5-də Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında çıxarıb.

Məhkəmə prosesi qapalı rejimdə keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin bu il iyunun 13-də yaydığı məlumata görə, Polad Aslanov dövlətə xəyanət ittihamı ilə tutulub: “Müəyyən edilib ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə ölkədən kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

İstintaq zamanı Polad Aslanovun Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.

Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib”.

Cinayət Məcəlləsinin 274-cü maddəsində göstərilən əməllər 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Polad Aslanov irəli sürülən ittihamları qəbul etmir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

Seçkidə baş nazirin partiyası önə çıxdı

  • 07 Oktyabr 2019
  • comments

Cəbhəçi məhbusun xəstəxanaya köçürüldüyü bildirili...

  • 07 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda