• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçi məhbusun xəstəxanaya köçürüldüyü bildirilir

  • 07 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin Penitensiar Xidmətin xəstəxanasına köçürüldüyü bildirilir.

Məlumatı “Azadliq” radiosuna məhbusun atası Zəfər Əhmədli verib.

Zəfər Əhmədli deyib ki, oktyabrın 4-də oğlu ilə görüşüb. O, Fuadın ağciyər və böyrək xəstəliklərindən əziyyət çəkdiyini söyləyib: “Oğlum həbsdən əvvəl ağciyər xəstəliyi ilə bağlı əməliyyat olunub, buna görə qapalı yerdə qala bilməz. Fuad Ali Məhkəmədə kassasiya şikayətinə baxılarkən bir ay Kürdəxanıdakı istintaq təcridxanasında qaldı. Oradan cəzaçəkmə müəssisəsinə qayıdanda vəziyyəti pisləşmişdi, nəfəs ala bilmirdi. İkinci problemi böyrək ağrılarıdır. Oktyabrın 4-də Fuadla görüşəndə cəzaçəkmə müəssisəsinin rəisinə dedim ki, heç olmasa müayinədən keçirsinlər, vəziyyəti yaxşı deyil. Oktyabrın 5-də müəssisədən zəng etdilər ki, artıq xəstəxanaya aparıblar”.

Oktyabrın 7-də Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov “Amerikanın səsi”nə deyib ki, Fuad Əhmədlinin səhhəti stabildir: “O, hərəkət zamanı bel nahiyyəsində ağrıların olmasından və tək-tək öskürəkdən narahat olduğunu bildirir. Müayinələr və həkim mütəxəssislərin baxışları nəticəsində bel nahiyyəsində və ağ ciyərlərində ciddi patologiya aşkar edilməyib.”

İftixar Qurbanovun sözlərinə görə, Fuad Əhmədlinin müayinəsi yaxın 2-3 günə başa çatdırılacaq: “Hazırkı anadək stasionar şəraitdə mülaicəyə ehtiyac duyulmur”.

1990-cı il təvəllüdlü Fuad Əhmədli 2016-cı il avqustun 18-də tutulub. O, operator işlədiyi “Azerfon” şirkətində abonentin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Fuad Əhmədlini əməliyyat-axtarış fəaliyyəti qanunvericiliyini pozma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya instansiyası və Ali Məhkəmə cəzanı qüvvədə saxlayıb.

2019-cu ilin yazında Fuad Əhmədli cəzasının üçdə iki hissəsini çəkdiyinə görə azadlığa buraxılması üçün Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Qaradağ məhkəməsi müraciətə mayın 1-də baxıb və AXCP fəalının istəyini təmin etmәyib. Buna Fuad Əhmədlinin saxlandığı 16 saylı Cәzaçәkmә Müәssisәsi rəhbərliyinin verdiyi mənfi xarakteristika əsas gətirilib. Rəhbərliyin məhkəməyə təqdimatında Fuad Əhmədlinin islah olunmadığı bildirilib.

Polad Aslanovun həbs müddəti uzadılıb

  • 07 Oktyabr 2019
  • comments

Avropa beşliyində…

  • 07 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda