• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şuraya yaşıl işıq

  • 04 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 8 oktyabr piketinə razılıq verib. Aksiya saat 15-dən 16-dək Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universitetinin binaları arasında keçiriləcək.

Milli Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli Facebook.com-da bəyan edib ki, aksiyada sərbəst toplaşmaq hüququnun təmin olunması tələbi qoyulacaq: “Bu aksiyaya razılıq verən hakimiyyət məntiqlə Bakı şəhərinin uyğun meydanlarında mitinqlərə də razılıq verməlidir. Mitinq keçirmək, hökumətə dinc etiraz etmək xalqımızın haqqıdır. Bu haqqı alacağıq”.

2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir.

Novator.az bildirir ki, 2013-cü ildən Bakıda mitinqlər Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) keçirilib. Burada sonuncu mitinq 2019-cu il yanvarın 19-da olub. Həmin mitinqi Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti müxtəlif təşkilatlara (Milli Şura, Müsavat Partiyası, Qarabağ Komitəsi, Azərbaycan Xalq Hərəkatı) orada, eləcə də paytaxtın başqa məkanlarında aksiya keçirmək icazəsi verməyib.

Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlandığını bəyan edib.

Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.

Paytaxt rəhbərliyi bu ərazilərin nəqliyyatın sıx hərəkət etdiyi məkanlar olduğunu əsas gətirərək Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda (28 May küçəsi) keçirməyi məsləhət görüb. Təklifdən imtina olunub, mitinq təxirə salınıb. Milli Şura gediş-gəlişin rahat olduğu meydan istəyir və 8 oktyabr piketini də bu tələblə keçirmək qərarına gəlib.

Lüksemburqda “Qarabağ” zəfəri

  • 04 Oktyabr 2019
  • comments

Yüksəliş və sabitlik

  • 04 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda