Oktyabrın 4-də bir çox valyuta bahalaşıb. Novator.az-ın məlumatına görə, dəyər artıran avro banklara 1,8651, Gürcüstan larisi 0,5735, İngiltərə funt sterlinqi 2,0970, Rusiya rublu 0,0262, Türkiyə lirəsi 0,2986 manata satılır.
ABŞ dolları (1,7 manat), BƏƏ dirhəmi (0,4628 manat) və Çin yuanının (0,2378 manat) məzənnələri sabit qalıb (Tam siyahı).
Dolların indiki rəsmi qiyməti 2018-ci il martın 7-dən qüvvədədir. Mərkəzi Bank 2019-cu ildə avroya 1,9323, lariyə 0,6346, rubla 0,0245, lirəyə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu manatın qorunması üçün Mərkəzi Bankın 2019-cu ilin doqquz ayında keçirdiyi valyuta hərraclarında 4 milyard 512,8 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarın hərraclarında fonddan 634,9 milyon dollar, fevralın hərraclarında 316,2 milyon dollar, martın hərraclarında 600,5 milyon dollar, aprelin hərraclarında 423,7 milyon dollar, mayın hərraclarında 352,4 milyon dollar, iyunun hərraclarında 315,9 milyon dollar, iyulun hərraclarında 434,9 milyon dollar, avqustun hərraclarında 815,4 milyon dollar, sentyabrın hərraclarında 618,9 milyon dollar alınıb.