• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan yenə təklif edir

  • 19 Sentyabr 2019
0
SHARES
FacebookTwitterPinterest

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Qeyd olunur ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ermənistana tərəflərdə saxlanan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını təklif edib: “Kütləvi informasiya vasitələrində yayılmış yeni məlumatlarda bildirilir ki, Ermənistan tərəfi işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülərək qeyri-qanuni azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan vətəndaşları olan erməni hərbçiləri – Azərbaycan ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycanın hazır olmadığı barədə açıqlamalar verib.

Dövlət Komissiyası bir daha bildirir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı prinsipial mövqe dəfələrlə qarşı tərəfə çatdırılıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə də rəsmi məlumat verilib.

Dövlət Komissiyası ölkəmizin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırır, 7 sentyabr 2019-cu ildə Rusiya və Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edir və bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bəyan edir”.

2014-cü il iyulun 11-də azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı Dağlıq Qarabağ rejimi Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi 22 il müddətinə azadlıqdan məhrum edib.

1988-ci ilin fevralında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib.

1994-cü ilin mayında atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları ermənilərin əlinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

Qolsuz xal

  • 19 Sentyabr 2019

Dollar ucuzlaşdı və yerində saydı

  • 19 Sentyabr 2019

Son materiallar

comments
ManşetXəbər

Ölümün çox olduğu bölgələr

comments
Xəbər

“Şöhrət”in təqdimatı

comments
Dünyanın səsiManşetŞərh

“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?

comments
ManşetTribunaYazarlar

Şeytan söz meydanında

Rəylər

Do not miss

comments
ManşetXəbər

Ölümün çox olduğu bölgələr

Son materiallar

comments
ManşetXəbər

Ölümün çox olduğu bölgələr

comments
Xəbər

“Şöhrət”in təqdimatı

comments
Dünyanın səsiManşetŞərh

“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?

comments
ManşetTribunaYazarlar

Şeytan söz meydanında

comments
ManşetTribunaYazarlar

Axı necə olur?

comments
ManşetTribunaYazarlar

Başqa Rusiya

comments
ManşetXəbər

AXCP üzvü azadlıqda

comments
ManşetXəbər

Yeni təyinatlar

comments
ManşetXəbər

Deputatların təvəllüdü

comments
Xəbər

Yeni seçki, həmin adam

comments
Dünyanın səsiManşetXəbər

Londonda Putinin hədiyyəsini oğurlamaq istəyiblər

comments
Xəbər

Boşanmanın çox olduğu yerlər

comments
Dünyanın səsiManşetŞərh

Putin milyonlarla insanı acından qırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
Xəbər

Bank sektorunun dörd ayı

comments
Xəbər

24 may qiyməti

comments
Xəbər

Formata dəstək, təkliflər

comments
ManşetTribunaYazarlar

“Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb”

comments
ManşetXəbər

Fəallığa çağırış

comments
Xəbər

Sərmayə statistikası

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə xəstə sayı

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
AktualManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
AktualManşetŞərh

Təklif və suallar

comments
Xəbər

Yeni həbs, tanış ittiham

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda