• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qalmaqallı nazir hökumət başçısı olur

  • 03 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası ölkənin baş naziri postuna Georgi Qaxariyanı namizəd irəli sürüb. Novator.az-ın məlumatına görə, qərar sentyabrın 3-də partiyanın Siyasi Şurasında qəbul olunub. Georgi Qaxariya hazırda daxili işlər naziridir.  

Əvvəlki baş nazir Mamuka Baxtadze sentyabrın 2-də istefa verib. O, istefasını missiyasının başa çatması ilə əsaslandırıb. Mamuka Baxtadze qeyd edib ki, baş nazir postuna gələrkən əsas missiyası ölkənin strateji inkişafının istiqamətlərinin müəyyənləşməsi olub və bu vəzifənin öhdəsindən gələ bilib.  

Gürcüstanda hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası çoxluq əldə edib. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir. Partiyaya milyarder Bidzina İvanişvili sədrlik edir.

Bu il iyunun 20-si Gürcüstan parlamentində Pravoslav Parlamentlərarası Assambleyasının sessiyası keçirilib. Tədbirə Rusiya Dövlət Dumasının kommunist deputatı Sergey Qavrilovun sədrlik etməsi müxalif deputatların sərt etirazına səbəb olub, onlar beynəlxalq tədbiri yarımçıq dayandırıblar.

Müxaliflər etirazı Sergey Qavrilovun Gürcüstanın ərazi bütövlüyünə qarşı təcavüzdə iştirakı ilə əsaslandırıblar.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

20 iyun qalmaqalı kütlələri də hərəkətə gətirib. Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının çağırışı ilə Tbilisinin mərkəzinə toplaşan müxaliflər parlament sədri İrakli Kobaxidzenin və başqa yüksək rəsmilərin istefasını tələb ediblər. Onlar dövlət rəsmilərini düşmənə loyallıqda günahlandırıblar.

Həmin axşam müxaliflərin bir qrupu parlament binasına daxil olmağa çalışıb. Polis bunun qarşısını almaq üçün güc tətbiq edib. Toqquşmalarda 80-i polis əməkdaşı olmaqla 240 nəfər xəsarət alıb. 2 aksiyaçı rezin güllə atəşindən gözünü itirib, 305 nəfər tutulub.

Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının təmsilçisi olan İrakli Kobaxidze iyunun 21-də Gürcüstan parlamentinin sədri postundan istefa verib. Müxalif qüvvələr iyunun 20-də mitinqçilərə güc tətbiqinə başçılıq etmiş daxili işlər naziri Georgi Qaxariyanın istefasını da tələb edib. Ancaq Georgi Qaxariya postunda saxlanıb.

Georgi Qaxariya 1975-ci ildə paytaxt Tbilisidə doğulub. Tbilisi Dövlət Universitetini tarixçi, Moskva Dövlət Universitetini politoloq ixtisası ilə bitirib. 2016-2017-ci illərdə iqtisadiyyat və davamlı inkişaf naziri olub. 2017-ci ildən daxili işlər naziridir.

Valyuta ehtiyatı: ilin və 10 ilin rəqəmləri

  • 03 Sentyabr 2019
  • comments

Gənc fəal yenə həbs olunub

  • 03 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda