• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Bizim arzumuz başqadır”

  • 27 Avqust 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da Bakının Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarına, Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Dalğa Beach” istirahət mərkəzində təşkil etdiyi əyləncə və istirahət proqramına qatılıb.

Həmin gün Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib. Mehriban Əliyeva tədbirdə iştirak edib. Məcburi köçkünlər qarşısında danışan Mehriban Əliyeva deyib: “Sizin hər birinizin qəlbində yaşayan arzu hər bir azərbaycanlının ən müqəddəs arzusudur – torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması.

Uzun illərdir məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir. Bu illər ərzində bu sahədə çox işlər görülüb. Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib. Altmış minə yaxın soydaşımız yeni mənzillərlə təmin olunub. Ötən il 5900 qaçqın və məcburi köçkün ailəsi yeni evlərlə təmin edilib. Bu il 6 minə yaxın yeni mənzil istifadəyə veriləcək. “Qobu Park-2” yaşayış qəsəbəsində işlər bu yaxınlarda tamamlanacaq və yenə də 1300 məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşacaq. Amma bu, müvəqqətidir. Çünki bizim arzumuz başqadır. Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir. Mən əminəm ki, prezidentimizin, dövlətimizin qəti siyasəti və mövqeyi, Allahın köməyi ilə biz buna nail olacağıq”.

Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksinə də baş çəkib. Birinci vitse-prezidentə məsciddə “Quran” hədiyyə olunub.

Mehriban Əliyeva Bilgəhdə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində də olub.

Novator.az bildirir ki, avqustun 26-da Mehriban Əliyevanın 55 yaşı tamam olub.

1964-cü ildə Bakıda doğulan Mehriban Əliyeva 1988-ci ildə 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitirib. 1992-ci ilədək Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olur. Yeni Azərbaycan Partiyası sədrinin müavini, Heydər Əliyev Fondunun prezidentidir. 2005, 2010, 2015-ci illərdə Milli Məclisin deputatı seçilib.

Mehriban Əliyeva 2017-ci il fevralın 21-də birinci vitse-prezident təyin edilib.

Baş redaktor aclığı davam etdirir

  • 26 Avqust 2019
  • comments

Eniş və sabitlik

  • 27 Avqust 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda