Mərkəzi Bank iyulun 18-də ABŞ dollarının (1,7 manat) və Rusiya rublunun (0,0270 manat) məzənnələrini sabit saxlayıb.
Bahalaşan avro banklara 1,9102, Türkiyə lirəsi 0,2991 manata təklif olunur.
Gürcüstan larisi isə dəyər itirib: 0,5945 manat (Valyutalar).
Dolların indiki qiyməti 2018-ci il martın 7-dən qüvvədədir. Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-iyun aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 643,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.