Energetika Nazirliyi yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, rəsmi açıqlamada qeyd olunur ki, iyun ayında Azərbaycanın gündəlik neft hasilatı 768 min barrel olub. Gündəlik 471 min barrel xam neft, 72 min barrel kondensat, 19,2 min barrel neft məhsulları ixrac edildiyi bildirilir.
Yanvar-iyun aylarında orta gündəlik neft hasilatı 771 min barrel göstərilir.
Yanvarda gündəlik hasilat 793 min barrel, fevralda 806 min barrel, martda 798 min barrel, apreldə 683 min barrel, mayda 776 min barrel olmuşdu.
AZƏRTAC-ın 11 iyul məlumatına görə, Azərbaycan nefti “AzəriLayt”ın bir barreli 68,11 dollara satılır.
2019-cu ilin büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt”ın bir barreli yanvara 57,19, fevrala 63,69, marta 67,62, aprelə 70,82, maya 75,55, iyuna 67,09, iyula 66,75 dollarla start verib.