İyulun 11-də xarici valyutaların çoxu bahalaşıb. Novator.az-ın məlumatına görə, dəyər artıran avroya 1,9170, Gürcüstan larisinə 0,6010, Rusiya rubluna 0,0270, Türkiyə lirəsinə 0,2998 manat qiymət qoyulub.
ABŞ dollarının rəsmi kursu 1,7 manat səviyyəsində saxlanıb (Məzənnələr). Bu qiymət 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-iyun aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 643,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.