• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Platini nəyin güdazına gedir?

  • 18 İyun 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

UEFA-nın sabiq prezidenti Mişel Platini iyunun 18-i həbs edilib. Paris yaxınlığındakı Nanter şəhərinin məhkəmə polisinin antikorrupsiya idarəsinə aparılan Mişel Platini 2022-ci ilin dünya futbol çempionatının Qətərə verilməsinə görə rüşvət almaqda şübhəli bilinir.

Novator.az bildirir ki, FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası 2015-ci il dekabrın 21-də Mişel Platinini korrupsiya qalmaqalına görə 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıb. Sonradan cəza 4 ilə endirilib. 2016-cı ildə Mişel Platini UEFA prezidenti vəzifəsindən istefa verib. O, təşkilata 2007-ci ildən rəhbərlik edirdi.

Qətər 2022-ci ilin dünya çempionatını keçirmək hüququnu 2010-cu ildə əldə edib. Onun əsas rəqibi ABŞ olub. FİFA İcraiyyə Komitəsində keçirilən həlledici səsvermədə UEFA nümayəndələri Qətəri dəstəkləyib.

Futbol fəaliyyətinə qadağa qoyulmuş FİFA-nın sabiq prezidenti Yozef Blatter 2015-ci il oktyabrın 30-u “Financial Times” qəzetinə müsahibəsində demişdi ki, 2010-cu ildə FİFA-da 2018-ci il çempionatının ev sahibliyi hüququnun Rusiyaya, 2022-ci il çempionatının isə ABŞ-a verilməsi ilə bağlı centlmen razılaşması olub, ancaq UEFA prezidenti Mişel Platini mövqeyini qəfil dəyişib deyə ABŞ 2022-ci il çempionatına sahib ola bilməyib, ev sahibliyi Qətərə verilib.

FİFA prezidenti demişdi ki, Mişel Platini mövqeyini 2010-cu ildə Fransa prezidenti postunu tutan Nikola Sarkozinin təsiri ilə dəyişib. Yozef Blatterin sözlərinə görə, UEFA-nın 4 səsinin ABŞ-dan Qətərə keçməsi ilə əvvəlki razılaşma pozulub.

1955-ci il təvəllüdlü Mişel Platini dünyanın ən məşhur futbolçularından biridir. Fransanın “Nansi”, “Sent-Etyenn”, İtaliyanın “Yuventus” klublarında oynayıb, 1976-1986-cı illərdə Fransa milli komandasının şərəfini qoruyub.

Avropa çempionu, Kuboklar kubokunun, Çempionlar kubokunun, Avropa superkubokunun, qitələrarası kubokun qalibidir.

1983, 1984, 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatı alıb.

Sovet dövründə uşaq pulu…

  • 18 İyun 2019
  • comments

Yaddaşımın küncündə bu anlar da yaşayır… (9a...

  • 18 İyun 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • İdman
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda