• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şura yürüş-mitinq keçirib

  • 28 May 2019
0
SHARES
FacebookTwitterPinterest

Mayın 28-də Demokratik Qüvvələrin Milli Şurası Respublika Günü münasibətilə paytaxtın Novxanı qəsəbəsində yürüş-mitinq keçirib.

Novxanının girişindən Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin qəsəbədəki heykəlinə doğru yürüş zamanı polislə aksiya iştirakçıları arasında insident yaşanıb, tutulanlar olub.

Heykəlin önündə keçirilən mitinqi AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn aparıb.

“Azadlıq” radiosunun məlumatına görə, AXCP sədri Əli Kərimli çıxışında deyib ki, hakimiyyət Milli Şuranın mayın 28-i təxribat törədəcəyi haqda şayiələr yayıb. Yürüş zamanı baş vermis insidenti xatırladan Əli Kərimli hakimiyyətin özünü təxribat törətməkdə ittiham edib: “Rəsulzadə bizim tariximizin ən böyük şəxsiyyətidir. Biz heç vaxt belə tədbirlərə azacıq da olsa pislik qarışdırmarıq. Amma siz gördünüz bunları edən kimlərdir. Bizim dostlar burada atəşfəşanlıq nəzərdə tuturdular. Amma mənə yazıb bildirdilər ki, bunu etməyin, çünki daha böyük fişənglər doldurulub ki, burada böyük ziyan vurulsun, hadisə törənsin, bu da bizim adımıza bağlansın”.

“Rəsulzadə bizim üçün həm də inam, əminlik nümunəsidir” deyən Əli Kərimli vurğulayıb ki, hazırda insanlar əqidəsinə görə həbs edilir, işdən çıxarılır, ailələri təqib olunur, işgəncəyə məruz qalırlar: “Mən əminəm ki, bu insanlar arasında müəyyən qədər “axı nə qədər fədakarlıq etmək olar” sualını verənlər də olur. Belə insanlar gözünün önünə Məhəmməd Əmin Rəsulzadəni gətirməlidirlər. Onun 17 və 19 yaşlarında iki oğlunu güllələdilər, qızını, qız nəvəsini Qazaxıstan çöllərində aclıqdan, şaxtadan məhv etdilər. Həyat yoldaşının ürəyi dözmədi. Amma Rəsulzadə yolundan dönmədi”.

Əli Kərimlinin çıxışı zamanı bir neçə dəfə elektrik enerjisi kəsildiyindən mikrofon işləməyib. Buna etiraz olaraq aksiya iştirakçıları “İstefa” şüarını səsləndiriblər.

Mitinqdə çıxış edərkən professor Cəmil Həsənli Xalq Cümhuriyyəti dövründə Azərbaycanda mövcud olmuş demokratik sistemdən danışıb, Cümhuriyyət qurucularını nümunəvi əxlaqa malik siyasi liderlər kimi dəyərləndirib.

Çıxışların sonunda qeyd edilib ki, tәdbirә gәlәn 10 nәfәr, o cümlәdәn Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu saxlanaraq aparılıb. Gənc fəallardan bəzilərinin zorakılıqla üzləşdiyi bildirilib.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci ilin aprelində Rusiya Azərbaycanı işğal edərək cümhuriyyəti süquta uğradıb. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edib.

Hazırkı Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Novxanıda anadan olub. Bakıdakı II rus-müsəlman məktəbində, Bakı Texniki Məktəbində təhsil alıb. 1903-cü ildə Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial Demokrat Təşkilatının yaradıcılarından olub. 1907-ci ildə RSDFP-dən uzaqlaşıb rus müstəmləki üsul-idarəsinə qarşı fəaliyyətə başlayıb. 1911-ci ildə Müsavat Partiyasının qurulmasında iştirak edib. Partiyanın ilk başqanı olub. 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan edən Milli Şuraya sədrlik, daha sonra Azərbaycanın ilk parlamentində Müsavat fraksiyasına başçılıq edib.

1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə Məhəmməd Əmin Rəsulzadə həbs olunub. O, azadlığa çıxandan sonra Moskvada yaşayıb. 1922-ci ildə Finlandiyaya, oradan Fransaya, sonra Türkiyəyə gedib. 1955-ci il martın 6-sı Ankarada vəfat edib, “Əsri” qəbiristanlığında dəfn olunub.

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.











Bakıda Cümhuriyyət aksiyası

  • 28 May 2019

Saakaşvili Ukraynaya qayıdır

  • 29 May 2019

Son materiallar

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

Rəylər

Do not miss

comments
ManşetXəbər

26 iyun səfəri

Son materiallar

comments
ManşetXəbər

26 iyun səfəri

comments
Xəbər

Qida təhlükəsizliyi qanunu imzalandı

comments
Xəbər

Bakı görüşləri

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Xəbər

Rəsmilərin qəbul cədvəli

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Xəbər

24 iyun qiyməti

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
AktualManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
Xəbər

Taleh Bağırovdan qərar və çağırış

comments
Xəbər

İlə 3,5 milyon avro

comments
Xəbər

Naxçıvanın sosial-iqtisadi göstəriciləri

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Xəbər

Gömrük statistikasının bəzi detalları

comments
Xəbər

FİFA-nın yeni reytinqi

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda