• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakıda yeni bağ

  • 23 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 22-si Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı bağın və Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışında iştirak ediblər.

AZƏRTAC-ın arayışına görə, “Sovetski” kimi tanınan ərazidə 2013-cü ilin noyabr ayında başlayan abadlıq və yenidənqurma işləri mərhələlərlə icra olunur. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Park Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanı yaradır.

Dövlət başçısına Hüseyn Cavid parkı-Nərimanov prospekti ilə bağlantı yolu və Cavanşir yol ötürücüsünün yerində inşa olunacaq yol qovşağının tikintisi layihəsi barədə də məlumat verilib.

Mərkəzi Parkın ərazisində 2 kafe də fəaliyyət göstərəcək. Bu istirahət məkanında yeraltı və yerüstü piyada keçidləri istifadəyə verilib. Ərazidə 7 istirahət və oyun meydançası yaradılıb.

Görülən işlər çərçivəsində Təzəpir məscidinin qarşısındakı bağdan məscidə əlavə giriş imkanı da olacaq. Həmçinin Füzuli meydanı ətrafındakı ərazi yenidən qurulub, burada əhalinin təhlükəsiz hərəkəti üçün piyada keçidinə yeni giriş yaradılıb. Parkın ərazisində ümumilikdə 9 fəvvarə tikilib.

Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb.

Abadlaşdırma zamanı XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıya Şollar su kəmərinin çəkilişi ilə əlaqədar şəhərin müxtəlif məhəllələrində tikilən və yerli sakinlər arasında “Qüllə” kimi tanınan su qüllələri və quyuları aşkarlanaraq bərpa edilib.

Parkın ərazisində Mirzəağa Əliyev küçəsi və Təzəpir məscidi arasında 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib.

Şəfəq Ağacan: aclıq aksiyası xəbəri yayılıb

  • 22 May 2019
  • comments

“Avroviziya”: səslər dəyişdi, Azərbaycan bir pillə...

  • 23 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda