Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin həyat yoldaşı – ölkənin birinci xanımı kimdir? Novator.az bununla maraqlanıb.
1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində anadan olan Vladimir Zelenski orta məktəbi doğma şəhərində bitirib, sonra orada İqtisadiyyat İnstitutunda oxuyub. Hüquqşünas olan Vladimir Zelenski şoumen və aktyor kimi tanınıb.
2019-cu ilin prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski aprelin 21-də keçirilmiş ikinci turda dövlət başçısı seçilib, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb.
Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya (qızlıq soyadı Kiyaşko) 1978-ci ildə Krivoy Roq şəhərində doğulub. Vladimirlə eyni orta məktəbin paralel sinfində oxuyub.
Yelena Vladimirlə tələbə vaxtı tanış olub. O, Krivoy Roq Milli Universitetinin inşaat fakültəsində təhsil alıb.
İlkin münasibətləri 8 il davam edən cütlük 2003-cü ildə nikah bağlayıb. 2005-ci ildə ailədə qız – Aleksandra, 2013-cü ildə oğlan – Kirill dünyaya gəlib.
İxtisası memar olan Yelena Zelenskya Vladimirin 1997-ci ildə yaratdığı “95-ci kvartal” şən və hazırcavablar komandası üçün mətnlər yazmaqla özünə yeni peşə seçib.