• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

DOST mərasimində çıxış

  • 10 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev mayın 9-u Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışına qatılıb. AZƏRTAC-ın arayışına görə, DOST mərkəzi gün ərzində 350 vətəndaşı qəbul edə biləcək. İlkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisinə “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 xidmət nəzərdə tutulur. Mərkəzdə 96 nəfər, “Gənc DOST” proqramı üzrə isə 50 könüllü fəaliyyət göstərəcək.

Agentliyin işçiləri və “Gənc DOST” könüllüləri ilə görüşən İlham Əliyev deyib: “Keçən ilin avqust ayında mənim sərəncamımla DOST Agentliyi yaradıldı və şadam ki, qısa müddət ərzində birinci mərkəz fəaliyyətə başlayır. Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət var və aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə çox önəmli islahatdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi, əminəm ki, çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcək.

Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosial yönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Buna nail olmaq üçün ilk növbədə iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı məsələlərdir. Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. İqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır. Bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar. Şəffaflıq, islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir. Məşğulluğun inkişafı – qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır.

Sosial sahədə bir önəmli təşəbbüs də özünüməşğulluq proqramıdır. Mən çox şadam ki, vətəndaşlar bu proqrama çox böyük maraq göstərirlər. Biz artıq bir neçə ildir ki, bu işlərlə məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı artır. Mənim təşəbbüsümlə biz Dünya Bankı ilə bu məsələni müzakirə etdik. Biz onları da bu işlərə cəlb etdik. Dünya Bankı da öz maliyyə resurslarından istifadə edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən 10 minə yaxın vətəndaş özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır. Bu həm məşğulluğun artırılmasına xidmət edəcək, həm də ölkə iqtisadiyyatına böyük töhfə olacaq. Özünüməşğulluq proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün çox böyük əhəmiyyəti var”.

Arayışa əsasən, 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. DOST Agentliyinin mərkəzi aparatında 315 nəfər, DOST mərkəzlərində kateqoriyasından asılı olaraq 50-100 nəfər xüsusi təlim keçən sosial agentlər və sosial işçilər fəaliyyət göstərəcək.

Arif Məlikov torpağa tapşırılıb

  • 09 May 2019
  • comments

Liqalarda ingilis möhürü

  • 10 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gənclər
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda