• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Seriallaşdırılmış dezinformasiya: beynəlxalq ictimaiyyət qoruyacaq

  • 22 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərhYazarlar

2019-cu il fevralın 12-də İnformasiya Siyasəti Nazirliyi “Ukraynaya qarşı xüsusi informasiya əməliyyatlarının ağ kitabı” adlı 384 səhifəlik tədqiqat təqdim etdi. Aşağıda bu materialın əsas müddəaları yer alır.

Tədqiqatı İnformasiya Siyasəti Nazirliyinin bir qrup eksperti aparıb, hesabatın müəllifi nazir müavini Dmitri Zolotuxindir. Oxucuları mürəkkəb problem haqda qısaca məlumatlandıran, müvafiq təşkilatın bununla bağlı mövqeyini əks etdirən hesabata və ya məlumat kitabçasına adətən ağ kitab deyilir. İnformasiya Siyasəti Nazirliyinin ağ kitabı da belə hesabatlardan biridir. Sənəd Rusiyanın dezinformasiya kampaniyasının əsas prinsiplərini konkret misallarla izah edir.

Ön sözdə Zolotuxin Rusiyanın dezinformasiya kampaniyasını teleserialla müqayisə edir. Adətən telekanal serial çəkilişindən əvvəl pilot çəkilişlər aparıb fokus-qruplara göstərir. Sonra yüksək reytinqli “pilot”un ardını çəkməyə başlayırlar. Ancaq televiziya kanalları seriallarının hamısını davam etdirə bilmir, ən aşağı reytinqliləri dayandırır. Zolotuxin Rusiyanın məhz bu cür hərəkət etdiyini bildirir.

Bir dezinformasiya kampaniyası çərçivəsində Kreml bir (nadir hallarda iki və daha artıq) süjet irəli sürür, kampaniyanın gedişindən asılı olaraq manevrlər edir. Süjetlərdəki bu daimi, gözlənilməz və qəfil dəyişikliklər rusiyalı təbliğatçılara kampaniyanın istənilən nəticəni vermədiyi və iflasa uğradığı kritik anı müəyyən etmək imkanı verir. Kreml həmçinin müxtəlif auditoriyalara fərqli süjetlər təqdim etməklə onlardan hansının daha uğurlu olduğunu sınaqdan keçirir.

İnformasiya Siyasəti Nazirliyinin ekspertləri ayrı-ayrı “mövsümlər”dən ibarət 10 bu tip kampaniyanı 10 serial kimi təhlil ediblər. Söhbət bir məzhəbə qulluq edən ayrı-ayrı süjet xətlərindən gedir. Bu süjet xətləri öz növbəsində qondarma faktlara əsaslanan “epizodlar”dan ibarətdir. Bu epizodların bəziləri artıq informasiya müharibəsinin məşhur nümunələrinə çevrilib, bir qismi isə beynəlxalq auditoriyanın gözündən yayınır.

MH17 təyyarəsinin qəzaya uğraması faktı Kremlin bu cür seriallaşdırılmış dezinformasiyanı necə həyata keçirdiyinə nümunədir. Əvvəlcə Moskva hadisədə əli olduğunu inkar etməyə, günahı Ukrayna hakimiyyətinin və ərazidəki hərbçilərin boynuna qoymağa yönəlmiş süjetlər nümayiş etdirdi. Bu süjetlər ispaniyalı dispetçerin radarda Ukrayna qırıcı təyyarəsini MH17-nin yanında gördüyünü deməsindən tutmuş guya “Rossiya Today”in jurnalisti olan Qrem Fillipsin təyyarənin vurulmasını görməsi iddiasına qədər ziddiyyətli idi. Qəzadan sonra Kreml mürəkkəb emosional vəziyyəti təhrif edən və azdıran bir sıra planlaşdırılmış süjetlər və cavab süjetləri nümayiş etdirə bildi.

MH17 qəzasını “Buk” raket kompleksi ilə bağlayan “Bellingcat” qrupunun araşdırmalarından sonra Kreml buna reaksiya verərək süjet xəttini dəyişdirdi və raket kompleksinin Rusiyaya deyil, Ukraynaya məxsus olması ideyasını irəli sürməyə başladı. Amma xarici auditoriya “Bellingcat”ın dərhal təkzib etdiyi bu variantı yaxın buraxmadı. Ona görə də Kreml Ukraynanı öz hava məkanında təhlükəsizliyi kifayət qədər təmin etməməkdə günahlandırmağa başladı. Bu epizodların heç biri xüsusi populyarlıq qazanmasa da, Kremlə MH17 təyyarəsi ilə bağlı insidentdə Ukraynanın günahkar olduğu ideyasını yeritməyə, hazırladığı süjet xətlərini güddüyü sonluğa çatdırmağa və əvvəlki süjetləri gücləndirməklə yenilərini yaratmağa imkan verdi.

“Ağ kitab”da Kremlin Ukraynaya və onun demokratiya dəyərlərinə olan inamı qırmaq məqsədilə ərsəyə gətirdiyi digər bu tip süjet xətləri də təsvir olunub:

  • İŞİD və Ukrayna;
  • Donbasda hərbi cinayətlər;
  • NATO-nun Donbasda hərbi iştirakı;
  • Avropa İttifaqı Ukraynanı rədd edir;
  • Krım Rusiyaya xoşluqla birləşib;
  • Ukrayna Avropa İttifaqının və ABŞ-ın düşmənlərinə silah verir;
  • Rusiya Ukrayna üzərində hüquqi qələbələr qazandı;
  • Ukrayna uğursuz dövlətdir;
  • Ukraynada faşist çevrilişi baş verib.

Kremlin hücumlarına davam gətirmək və onun dezinformasiya basqısından qorunmaq üçün Kremlin öz süjetlərini necə hazırladığını və kimi hədəfə aldığını anlamaq çox vacibdir. Kremlin öz dezinformasiya kampaniyalarından yalnız Ukraynaya deyil, bütün dünyada demokratiyaya qarşı necə istifadə etdiyini anlamaq üçün “Ağ kitab”ın faydası var.

Vitali Rıbak,
“İnternews Ukraine” və “UkraineWorld”un təhlilçisi və jurnalisti

Məqalə ilk dəfə “Disinfo Portal” və “UkraineWorld” də dərc olunub.

Azərbaycan dilinin orfoqrafiya normaları

  • 22 Aprel 2019
  • comments

Bakıda rəsmilərin əhali ilə görüş yerləri

  • 22 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Siyasət
  • Texnologiya
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda