• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Playstation” təhlükəsindən necə qorunaq?

  • 17 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Əşrəf Fəxri

Ölkədə kiçik biznes sahələrinin inkişafı iqtisadiyyatın tərəqqisi baxımından təqdirəlayiq haldır. Lakin…

Kiçik biznes sahələrindən biri də ölkədə ayrı-ayrı şəhər mərkəzlərində, hətta kiçik məhəllələrdə fəaliyyət göstərən “Playstation” salonlarıdır. Mən bu sözü öz ana ləhcəmizdə yazmaq istəyirəm – “pleysteyşn”.

Uşaqdan böyüyə hamı “pleysteyşn” oynayır. Əsasən də futbol oynayırlar. Məni böyüklər elə də maraqlandırmır. Xüsusən də bütün həyatını top boyda arzuların arxasınca düşməklə keçirən böyüklər. Məni yaşca kiçiklər, yeniyetmələr maraqlandırır.

Bu yaxınlarda təsadüfən bir “pleysteyşn” salonuna girməli oldum. Paho!..

Tarix kitablarında yazılır ki, ibtidai insan ilk olaraq qırıq-qırıq səslər, rabitəsiz qışqırıqlardan istifadə edib. Bu salonlara girəndə tarixi ibtidai dövrə qayıtmış kimi görürsən. Əcaib səslər, vulqar ifadələr… Hətta bəzi salonlarda siqaret qadağası da yoxdur.

Azyaşlılar, yeniyetmələr bu salonlarda yüksək şüalanma şəraitində saatlarla vaxt keçirirlər. Bura o oyunlardan qaynaqlanan psixoloji təzyiqləri də əlavə etsək, məsələnin ciddiliyi göz önündə tam canlanar.

Düşünürəm dövlət və cəmiyyət bu məsələyə biganə yanaşmamalıdır. Məsələn, bu tip əyləncə mərkəzlərinə gələnlərə müəyyən yaş kateqoriyaları üzrə vaxt limiti təyin etmək olar.

Kimsə deyə bilər ki, valideyn zəhmət çəkib özü limit qoysun. Olmur, qardaş, vallah, olmur. Birində olursa, birində olmur. Məgər hamının valideyni var? Yaxud hər valideyn bu qədər diqqətcildir?

Şübhəsiz, valideynin də məsuliyyəti var. Amma dövlətin də üzərinə məsuliyyət düşür. Qanun qəbul olunmalı, limit qoyulmalıdır, təbii ki, valideyn də övladının harada olduğu ilə maraqlanmağı unutmamalıdır. Mətbuat mövzunu işıqlandırmalı, insanlar müzakirə etməlidirlər.

Belə getsə, biz də uşaqlarımızı Çindəki kimi bir neçə aylığa texnologiya olmayan düşərgələrə göndərməli olacağıq. Bəlkə bu yolla onları oyun asılılığından xilas edə bilək.

44 partiya illik hesabat verib

  • 17 Aprel 2019
  • comments

Prezident hakimi cəzalandırdı

  • 17 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gender
  • Gənclər
  • Mədəniyyət
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda