• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan alternativ internet kanallarını gücləndirməlidir

  • 21 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Hazırlaşın, yaxın zamanlarda interneti bağlayacaqlar. Düz oxudunuz. İnternetin qapadılması yeni dəbdir və çox yaxın müddətdə Azərbaycan istifadəçiləri də bununla qarşılaşa bilərlər.

Rusiya parlamenti daxili internet haqda yenicə qanun layihəsi qəbul edib. Bu isə o deməkdir ki, ölkəyə kənardan gələn kanallar istənilən an qapadıla bilər. Məsələn, siz Rusiyadakı dostunuza elektron məktub yaza bilməyəcəksiz və ya WhatsApp-la zəng edə bilməyəcəksiz. Bu, ilk növbədə rusiyalılar üçün yaxşı xəbər deyil, ancaq Azərbaycana da təsirsiz ötüşməyəcək.

Rusiya artıq bu il aprelin 1-dək sistemi test edəcək. Bu haqda məlumat bütün dünya mediasında paylaşılmaqdadır. Çox qəribədir ki, Azərbaycan mediası bu xəbəri görməzliyə vurur.

Bu yeni tədbirlər Rusiya ilə biznesi və ya şəxsi əlaqəsi olanlara birbaşa təsir edəcək. Bu hadisə ölkəmizin digər istifadəçilərindən də yan keçməyəcək. Belə ki, Avropadan Azərbaycana gələn internet xətlərinin bir hissəsi Rusiyadan keçir və hər hansı bir kəsilmə internet trafiki qıtlığına gətirib çıxaracaq. Bəzi provayderlər işləməyə bilər ki, bu da biznes qurumlarına əhəmiyyətli təsir göstərəcək.

Rusiya bu addımı konkret hansı gün atacağını açıqlamır. Əslində bu, eyni alqoritmin davamıdır. Əvvəl uşaqlar üçün məzmun idarə olunur, sonra təhqirə görə saytlar qapadılır, sonra milli təhlükəsizliyin adı çəkilir və filtrləmə işə keçir. Daha sonra isə məhkəməsiz qapanmalar başlanır və “daxili internet” ideyası inkişaf etdirilir.

İlk etapda VPN-lər qadağan olunur, sonra isə birbaşa bağlantılar.

Ümumiyyətlə qapalı internet qapalı ölkələrdə populyarlaşır. Şimali Koreya illərdir ki, yalnız bu cür internetdən istifadə edir. Nəticədə bu ölkədə hər 1000 nəfərə cəmi 0.4 İP ünvanı mövcuddur. Müqayisə üçün: Azərbaycanda hər 1000 nəfərə 55 İP ünvanı düşür. İran hələ 2016-cı ildə qapalı internet yaradacağını açıqlayıb. Rusiya da bunu indi tətbiq edir.

Rusiyada bu qapanma prosesinə “Roskomnadzor” nəzarət edəcək. “Roskomnadzor”un cəmi bir servisi – Telegram-ı bağlaya bilmədiyinin və hətta səhvən tamamilə başqa şirkət və təşkilatların internet kanallarını bağladığının şahidi olmuşuq. Deməli, internet tam qapananda daha böyük problemlər gözləmək olar.

Qonşu ölkələrdəki qapanma Azərbaycanda internet trafikinə və onun gələcək inkişafına birbaşa təsir edən məsələlərdir. Ona görə də Azərbaycan təcili alternativ kanalları gücləndirməlidir.

Amma bunun əvəzində Azərbaycanda da son vaxtlar bağlanma və texniki filtrləmə çağırışları eşidilməkdədir. Təəssüf ki, bunu deyənlər adətən fəal internet istifadəçiləri deyil, internetdən istifadə etməməsi ilə fəxr edənlərdir.

Emin Hüseynzadə

Mənbə: Yenijurnalist.org

İran prezidenti Azərbaycanın parçalanmasını necə ş...

  • 21 Fevral 2019
  • comments

Yaddaşımdakı müəllimim – Ağa Laçınlı

  • 21 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Siyasət
  • Texnologiya
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda