• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hansı növ xəbərin oxucusuyuq və xəbəri hardan oxuyuruq?

  • 23 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetMediaTribunaYazarlar

Ülkər Natiqqızı

Bu yaxınlarda ”Əl-Cəzirə” telekanalının saytı (Aljazeera.com) “Hansı növ xəbərin oxucususunuz?” adlı infoqrafika hazırlayıb. İnfoqrafikaya daxil olanda sizə müəyyən suallar verilir. Məsələn, ”Əl-Cəzirə”nin Amerikada keçirilən seçkilər və Camal Qaşıqçının qətli haqda materiallarını oxumusunuzmu və s. “Hə” cavabını seçəndən sonra yeni bir sual ünvanlanır: ”Əl-Cəzirə”nin bunu daha dərindən araşdırmasını istərdinizmi? “Yox” cavabı verdikdə sizdən bunun səbəbi soruşulur.

Bundan qabaq isə sizə yaşadığınız ölkə və cinsinizlə bağlı suallar verilir. Bu yolla ”Əl-Cəzirə” öz izləyicilərindən həm hazırladığı material barədə fikirlərini soruşur, həm də oxunmayan materialların oxunmamasının səbəblərini öyrənir.

Azərbaycanda redaktorlar tez-tez üstünlük verdikləri mövzuları əsaslandıranda deyirlər ki, oxucu bunu oxumaq istəyir, ya da izləyici bunu görmək istəyir. Amma izləyicidən, oxucudan hansı xəbərlərə, niyə çox diqqət yetirdiklərini soruşan yoxdur. Yalnız oxunma və izlənmə statistikasına baxıb günahı oxuyanın, izləyənin boynuna qoymaq isə doğru deyil.

Maraq üçün Azxeber.com və Qafqazinfo.az saytlarını seçib onların “Ən çox oxunan xəbərlər” bölməsini yoxlamaq qərarına gəldim. Nəticələr belədir.

Azxeber.com:

Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu – Öz boğazını kəsdi

Pərvin bu dəfə də tənqid edildi – ”Hər yerin çöldə qaldı”

Sabah Azərbaycanda zəlzələ gözlənilir?

Qafqazinfo.az:

Bu xidmətləri yalnız “ASAN” göstərəcək

DİN-in bu hüquqları əlindən alındı

Küləyin sürəti 35 m/saniyəyədək şiddətlənib.

Nəticələr özünü müstəqil, özəl və ya dövlət media qurumu adlandıranların hər birində müxtəlif olduğu üçün ”oxucular və izləyicilər belə xəbərləri oxumaq və görmək istəyirlər” deyib yalnız intim və yaxud kriminal mövzularda yazmaq doğru deyil.  Göründüyü kimi, hansı xidmətlərin ”ASAN”da olması da insanlara maraqlıdır, kiminsə şərikinin arvadı ilə bir yerdə tutulması da.

Yeni texnologiya və ”Facebook” jurnalistikası

Birinci dəfə atam özünə ”Facebook” şəbəkəsində hesab yaratmaq istədiyini deyəndə bunu xaricdə yaşadığım üçün mənimlə və dostlarıyla əlaqəni asanlaşdırmaq niyyəti kimi anlamışdım. Sonra Azərbaycanda məhkəmə qərarı ilə beşdən çox sayt bloklandı və bəzi insanlar üçün yetərli informasiya əldə etmək problemə çevrildi. Həmin saytlara VPN vasitəsilə daxil olmaq mümkündür, bəli. Amma VPN-in nə olduğunu xüsusilə bölgələrdə yaşayan orta yaşlı adamların çoxu bilmir. Atam da həmin kateqoriyadan olduğu üçün bloklanmış saytların materiallarını ”Facebook”la izləməyə başladı. Amma o, doğru xəbər əldə etdiyi zaman yalan xəbərlərin də qurbanına çevrilirdi. Məsələn, Suriyadakı döyüşləri əks etdirən videoları Qarabağda çəkilmiş videolar kimi yayıb guya Azərbaycanda müharibənin başlandığı təəssüratını doğuranların yaratdığı təşviş ona da sirayət edirdi. Yaxud guya azərbaycanlı bir kişi arvadının xəyanət videosunu telefona çəkib və s.

Mənbəyi bilinməyən bu sayaq materiallar saytlarda yerləşdirilir və ”Facebook”da paylaşılır. Atam kimi minlərlə insan belə xəbərlərə inanıb onları yenidən sosial şəbəkədə paylaşır. Məlumatın yalan olduğunu biləndə bunu onlara inandırmaq bir az çətin işə çevrilir. Belə bir reaksiya ilə qarşılaşırsan: “Sən hardan biləsən, bütün saytlar yazıb e…”

Amerikada səfərdə olanda media qurumlarının yalan xəbərlərlə mübarizə yollarını müzakirə edirdik. Müzakirələr vaxtı qonşu Gürcüstandan tez-tez misallar çəkirdik. Gürcüstanda ”Media Development Foundation”, ”Factcheck.ge” və başqa qurumlar dezinformasiyaları, səhvləri tapır və belə materialları müxtəlif dillərə tərcümə edib yayır. Azərbaycandan bu istiqamətdə çəkiləsi heç bir nümunəmiz yox idi. Bunu diqqətə çatdıranda bizə ”Siz yaradın, onu yaradan siz olun” deyirdilər.

Axı nə bilsinlər Azərbaycanda Gürcüstandakı kimi media qurumu yaratmaq o qədər də asan deyil.

Müəllifin başqa yazıları:

Paylaşılan materialı nə zaman silməli?

Media Bakı-Vyana marşrutu üzrə sərnişin qatarını necə yaratdı?

NASA-ya dəvət alanlar, yalançı müsahiblər və ixtiraçılar

Proqnozlaşdırma jurnalistikası

Şəxsi həyat və media

“Yaralı”, “ağır yaralı”, ya da “ölü” başçı

Azərbaycan mediası və onun “bossları”

Cinayət hadisələri, qəzalar və media

Qarabağ Komitəsi mitinq qərarı verdi

  • 23 Yanvar 2019
  • comments

4+54 (Qarabağ görüşləri)

  • 23 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda