• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bahalıq tarifləri

  • 21 Yanvar 2019
8
SHARES
FacebookTwitterPinterest

Rövşən Ağayev

İdxal tarifləri yerli istehsalı qorumaq üçün vacib alətdir. Lakin ölkənin istehsal edə bilmədiyi hər məhsula idxal tarifi tətbiq edəndə daxili bazarda ciddi bahalanma yaranır və özəlliklə aztəminatlı insanların gündəlik tələbat mallarına əlçatanlığı azalır.

Dünya Ticarət Təşkilatının gömrük tariflərinin tətbiqinə dair hesabatına görə, 2018-ci ildə Azərbaycanda idxal tariflərinin idxalın ümumi dəyərinə orta çəkili nisbəti 9%-ə yaxın olub. Bu göstərici Rusiyada 5,7%, Türkiyədə 5,2%, Ermənistanda 4,3%, Belarusda 4,2%, Gürcüstanda 2%-dir.

Belə kəskin fərqin səbəbi o deyil ki, bizdə ayrı-ayrı mal qruplarına və əmtəələrə tətbiq edilən idxal tarifləri həmin ölkələrlə müqayisədə çox yüksəkdir. Əsas səbəb başqadır: bizdə 6 rəqəmli beynəlxalq əmtəə kodu üzrə idxal tarifindən azad (duty-free) olunan malların ümumi sayda xüsusi çəkisi çox kiçikdir. Yəni hansısa malın ölkədə istehsal edilib-edilməməsinə baxmayaraq ucdantutma bütün idxal mallarına tarif tətbiq edilir. Məsələn, yenə də Dünya Ticarət Təşkilatının hesabatına görə, Azərbaycanda 6 rəqəmli beynəlxalq əmtəə kodu üzrə bütün qeyri-kənd təsərrüfatı əmtəələrinin cəmi 6,7%-i, aqrar məhsulların (qida sənayesi daxil) 35%-i idxal tarifləri tətbiq edilmədən ölkəyə gəlir. Tariflərin tətbiq edilməməsi ya idxala 0 dərəcənin tətbiqini, ya da ümumiyyətlə azad edilməni nəzərdə tutur. Çox sadə desək, Azərbaycan vətəndaşı ölkəyə idxal olunan hər 100 çeşiddə qeyri-aqrar məhsulunun cəmi 7-ni, Belarus vətəndaşı isə 47-ni idxal tarifi tətbiq edilmədən alır.

Belarusda qeyri-kənd təsərrüfatı əmtəələrinin 47%-i, aqrar məhsulların 14%-i; Gürcüstanda qeyri-kənd təsərrüfatı əmtəələrinin 83%-i, aqrar məhsulların 34%-i; Rusiyada qeyri-kənd təsərrüfatı əmtəələrinin 36%-i, aqrar məhsulların 20%-i; Türkiyədə qeyri-kənd təsərrüfatı əmtəələrinin 35%-i, aqrar məhsulların 24%-i; Ermənistanda qeyri-kənd təsərrüfatı əmtəələrinin 59%-i, aqrar məhsulların 23%-i idxal tarifindən azaddır.

Doğrudur, bəzi məhsullara ekoloji təhlükəsizlik baxımından yüksək idxal tariflərinin tətbiqi mümkündür. Hazırda böyük mühərrikli avtomobillərə münasibətdə bu siyasət var. Amma burada da siyasət kompleks olmalıdır. Məsələn, irihəcmli daxili yanma mühərrikli avtomobillərə yüksək tarif tətbiq edilirsə, hökumət elektromobillərin idxalını stimullaşdırmalıdır. Onların idxalını təkcə ƏDV-dən deyil, həm də idxal rüsumundan azad etmək lazımdır. Hələ bu azdır: həmin maşınların gömrük dəyərinin 15%-ni hökumət ödəyə bilər. Bu siyasət Çin, ABŞ və Norveçdə öz bəhrəsini verib.

Əks halda zəif inkişaf etmiş ölkələrdə sırf fiskal baxımdan yüksək tarif siyasəti həm iqtisadiyyatı buxovlayır, həm də sosial səfalətə səbəb olur…

21 yanvar məzənnələri

  • 21 Yanvar 2019

İş və müavinət hesabatları

  • 21 Yanvar 2019

Son materiallar

comments
ManşetXəbər

Dörd ayın ticarəti

comments
ManşetXəbər

Alman möhürü

comments
ManşetXəbər

Ermənistan sülhdən yayınır?

comments
ManşetTribunaYazarlar

İnsan işğalı

Rəylər

Do not miss

comments
ManşetXəbər

Dörd ayın ticarəti

Son materiallar

comments
ManşetXəbər

Dörd ayın ticarəti

comments
ManşetXəbər

Alman möhürü

comments
ManşetXəbər

Ermənistan sülhdən yayınır?

comments
ManşetTribunaYazarlar

İnsan işğalı

comments
Dünyanın səsiManşetXəbər

“The Telegraph”: Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb

comments
Dünyanın səsiManşetXəbər

Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib

comments
Dünyanın səsiManşetXəbər

Fransada parlament marafonu, ilkin sorğular

comments
ManşetXəbər

Əhali statistikası

comments
ManşetXəbər

İş, işsizlik, maaş

comments
Dünyanın səsiManşetXəbər

“Kölgə” Navalnının dalınca düşübmüş

comments
ManşetTribunaYazarlar

Möcüzəsiz çarə

comments
ManşetTribunaYazarlar

Bir nəfərin savaşı

comments
ManşetXəbər

Pensiya: say və məbləğ necə dəyişib?

comments
ManşetXəbər

Nikahlar 40,5 faiz artıb

comments
AktualDünyanın səsiManşetXəbər

İdarəçilikdə qadınlar

comments
AktualManşetŞərh

Konstitusiyadakı dilimiz

comments
AktualDünyanın səsiManşetXəbər

NATO-ya qoşulmaq yolu

comments
ManşetXəbər

“Neftçi”, “Zirə” və “Qəbələ”nin mümkün rəqibləri

comments
Dünyanın səsiManşetXəbər

Qərb Putinin nüvə zərbəsinə necə cavab verə bilər?

comments
ManşetTribunaYazarlar

İtmiş cazibə

comments
AktualManşetŞərh

Cib boşalır, büdcə dolur

comments
Dünyanın səsiManşetXəbər

Fransa: yeni hökumət qurulur

comments
Dünyanın səsiManşetXəbər

Harada neçə xəstə?

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
AktualManşetŞərh

Artımın astar üzü

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”

comments
AktualManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
ManşetXəbər

Ümumi daxili məhsul nə qədər artıb?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda