• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ölkənin təhsil ocaqlarına iki günlük tətil verildi

  • 16 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar yanvarın 17-si və 18-i bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı tədbirlər təxirə salınır.

Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Hidrometeorologiya Departamenti bununla bağlı qərargahlar yaradılıb, nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib. Operativ faktiki hava məlumatları təqdim olunacaq, yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək.

Yanvarın 17-si Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi ehtimal edilir. Havanın temperaturu 0-2 dərəcə isti olacaq. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin saniyədə 28-33 metr olacağı, arabir saniyədə 35-38 metrə çatacağı gözlənir.

Rəsmi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər. Sığınacaqlara yerləşdirilənlər yataq, yemək və ilkin tibbi yardımla təmin olunacaqlar.

Dövlət Əmək Müfəttişliyi Xidməti bildirir ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq “Azərenerji” ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş xüsusi iş rejimi təşkil ediləcək. “Azərenerji”nin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərlərinə yanvarın 17-18-də enerji sistemində qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədilə elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda bütün işçilərin iş yerlərində olmaları, rəhbər şəxslərin iş rejiminə nəzarəti gücləndirmələri tapşırılıb.

“Avroviziya 2019”: 4 təmsilçi bəllidir

  • 16 Yanvar 2019
  • comments

“Bilirlər ki, onların vəsaiti batmayacaq”

  • 16 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ekologiya
  • Gənclər
  • Mədəniyyət
  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda