• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəzanı hamı çəkir

  • 08 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Ələsgər Məmmədli
Hüquqşünas, media hüququ üzrə mütəxəssis

Yeni ilin ikinci həftəsindəyik. Ötən ilin sonlarında məhbus bloqçu Mehman Hüseynov üzləşdiyi növbəti haqsızlığa – 2 illik həbs cəzasının bitməsinə az qalmış ona yeni cinayət işinin açılmasına diqqət çəkmək üçün aclığa başladı və bu, cəmiyyətdə bir çox insanı ciddi narahat etdi. Yeni ilin ilk günlərində iki dəfə fərqli qruplar Mehmana dəstək vermək üçün aksiya keçirməyə cəhd etdilər, lakin hər iki cəhd ciddi müdaxilə və həbslərlə yekunlaşdı.

Mənim mediadan izlədiyim qədəri ilə həmin aksiyalara görə cəza alanlar bunlardır (cəzalar İnzibati Xətalar Məcəlləsinin toplantıların təşkili və keçirilməsi qaydasının pozulmasını nəzərdə tutan 513.2-ci maddəsi ilə verilib):

  1. Mete Türksoy – 25 sutka həbs
  2. Əfqan Sadıqov – 22 sutka həbs
  3. Elimxan Ağayev – 21 sutka həbs
  4. Nurlan Qəhrəmanlı – 21 sutka həbs
  5. İsmayıl İslamoğlu – 20 sutka həbs
  6. Qoşqar Əhmədov – 20 sutka həbs
  7. Səxavət Nəbiyev – 20 sutka həbs
  8. Yaşar Xaspoladov – 450 manat cərimə
  9. Bəxtiyar Məmmədli – 400 manat cərimə
  10. Fərid Abdinov – 400 manat cərimə
  11. Orxan Məmməd – 400 manat cərimə
  12. Elçin Rəhimzadə – 400 manat cərimə
  13. Fatimə Mövlamlı – 300 manat cərimə
  14. Mətanət Mahmırzayeva – 300 manat cərimə
  15. Pərvin Abışova – 300 manat cərimə.

Bu şəxslər dinc yolla bir araya gəlmək istərkən, aksiya keçirmədən saxlanaraq hakim qarşısına çıxarılıblar. Hakimlər isə aksiyanın mahiyyətinə adekvat olmayan cəzalara qərar veriblər: dinc, sərbəst toplaşma hüququndan istifadə edən şəxsləri cəmiyyət üçün təhlükəli sayıb həbsə göndəriblər. Bu, Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasına və onun tətbiqinə məhkəmə nəzarəti həyata keçirən Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsinə daban-dabana ziddir.

Avropa Şurası bir neçə ildir Ədliyyə Nazirliyi ilə “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsini icra edir. Layihənin icrası çərçivəsində yüzlərlə hakim və hakimliyə namizəd Avropa təcrübəsini tətbiq etmək üçün maarifləndirilib, Strasburqa – Avropa Məhkəməsinə aparılıb. Ortaya çıxan nəticə isə əks effektlidir.

Əvvəllər bu kimi dinc aksiyalara müdaxilə adətən eləcə müdaxilədən ibarət olurdu, bir çox halda polis tutduğu etirazçıları məhkəməyə gətirmədən, aksiya məkanından aralıda buraxıb işini bitmiş hesab edirdi.

İndi dinc etirazçıları hakim önünə gətirirlər, hakimlər isə hüququn legitimliyi aspektindən çox səhv qərarlar çıxarıb, təməl hüquqları sanki yox sayırlar. Halbuki həmin hakimlər konstitusiya ilə hər kəsin sərbəst, dinc toplaşmaq hüququnun olduğunu və bu hüququn icazəli hüquq olmadığını bilməliydilər. Onlar bunu hüquq fakültələrində öyrənməyiblərsə, Avropa Şurasının milyonlarla avro xərclənən təlimlərində öyrənmiş olmalıydılar. Bilməliydilər ki, “Mehman Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu” deyən deputatların korrupsiya faktlarını ört-basdır edəcək qanun çıxarmaları təməl hüquq və azadlıqları məhdudlaşdırmağa yetməyəcək. Bütün bu gənclər gec də olsa haqqını alacaq. Lakin yekunda onları həbs etmiş, cərimələmiş hakimlərin verdiyi yanlış qərarların cəzasını yenə Azərbaycanın vergi ödəyiciləri – bizlər çəkəcəyik. Avropa Məhkəməsinin hüquqları tapdanan insanlara təyin edəcəyi minlərlə avro məbləğində kompensasiyalar məhz Azərbaycan büdcəsindən ödənəcək.

Mənim ödədiyim vergi konstitusion hüququ yanlış tətbiq edən hakimlərin səhvinə yox, ehtiyacı olan qocalara, oxumaq istəyən uşaqlara, yaşamaq istəyən xəstələrə sərf olunmalıdır.

Mənbə: Facebook

Özəlləşdirmə hərracı

  • 08 Yanvar 2019
  • comments

Mehmanla görüşlər

  • 08 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
comments
ManşetXəbər

“Ermənistanın rahat yaşaması üçün bir şərt var”

GLOBALS:0
comments
ManşetXəbər

Vəkil Zamin Salayevə baş çəkib

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
comments
ManşetXəbər

“Ermənistanın rahat yaşaması üçün bir şərt var”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda