• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Meriyanın hansı qurumları ləğv edilib?

  • 19 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan dörd qurum ləğv edilib.

Söhbət bu qurumlardan gedir: Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Ekspertiza Mərkəzi, Kino Xidməti İdarəsi və İqtisadiyyat Komitəsi.

Novator.az xəbər verir ki, həmin qurumlarda ümumilikdə 70 nəfər çalışıb. Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin 20, Ekspertiza Mərkəzinin 20, Kino Xidməti İdarəsinin 16, İqtisadiyyat Komitəsinin 14 işçisi olub.

Dekabrın 18-dən onların hamısı işsiz qalıb.

Çalışdıqları qurumların ləğv edildiyini və işdən çıxarıldıqlarını onlar dekabrın 17-si iş gününün sonunda biliblər. Yalnız həmin axşam onlara qurumların ləğv edildiyi deyilib və səhərisi gündən daha işə gəlməmək xəbərdarlığı olunub. Bunların hamısı işçilərə şifahi şəkildə elan edilib, onlara qurumların ləğvi və işdən azad olunma barədə hər hansı sənəd təqdim edilməyib.

Dekabrın 18-dən mühafizəçi polislərə həmin 70 nəfəri dünənədək çalışdıqları qurumların yerləşdiyi otaqlara buraxmamaq barədə göstəriş verilib. İş otaqlarından şəxsi əşyalarını götürməyə macal tapmamış şəxslərdən bir neçəsi çoxsaylı müraciətlərdən sonra içəri buraxılıb. Çıxdıqda polislər onların çantalarını yoxlayıblar.

Bakı Şəhər İcra Hakimiyyətinin ləğv edilən dörd qurumunda çalışmış şəxslər bu günədək əmək kitabçalarını almayıblar.

2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Hacıbala Abutalıbov bu il aprelin 21-də baş nazirin müavini postuna təyinat alıb.

İyulun 16-da Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub, həmin vaxtdan başçının səlahiyyətlərini də icra edib.

Noyabrın 15-də Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

İşğal bölgələri üzrə əhali

  • 19 Dekabr 2018
  • comments

Neft Fondunun 2019-cu il büdcəsi təsdiqlənir

  • 19 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda