2018-in itkilərindən…
Novator.az başa çatmaqda olan 2018-ci ilin itkilərinə nəzər salıb. Yanvarda jurnalist, hazırda fəaliyyəti dayanmış Vesti.az saytının müxbiri Nicat Səmədoğlu (Məlikov) dünyasını dəyişib. Aşıq Vüqar Mahmudoğlu və milli azadlıq hərəkatının fəalı, İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rasim ...
Hüseyn Məlik həbsini sosial şəbəkə ilə əlaqələndirir
Dekabrın 18-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Hərəkatı İdarə Heyətinin üzvü Hüseyn Məlikin şikayətinə baxılıb. Hüseyn Məlik Səbail Rayon Məhkəməsinin dekabrın 5-də çıxardığı qərara əsasən polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib və 25 sutka inzibati həbs...
20 min manata təklif olunan obyekt 60 minə satıldı
Əmlak Məsələləri Dövlət Komitəsinin 18 dekabr hərracında 3 qeyri-yaşayış sahəsi, 10 nəqliyyat vasitəsi və 1 yarımçıq tikili özəlləşdirilib. Rəsmi məlumata görə, Bakının Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracında qiymət 3 dəfə artıb. İlk qiyməti 20 min manat...
11 min manat ödənişi üzrə açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 dekabr məlumatına görə, şəhid hərbi qulluqçulardan daha 263-ü üzrə 423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi qərarı qəbul edilib. Prezident İlham Əliyevin bu il aprelin 19-da imzaladığı fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bü...
Ümumi təhsil: yeni qanun bir mərhələni keçdi
Dekabrın 18-də Milli Məclis “Ümumi təhsil haqqında” qanunu ilk oxunuşda qəbul edib. Novator.az bildirir ki, layihəyə görə, ümumi təhsilin səviyyələri bunlardır: məktəbəhazırlıq mərhələsi (5 yaş); ibtidai təhsil I-IV siniflər (6-10 yaş); ümumi orta təhsil V-IX siniflər (11-15 yaş); tam orta təhsil X-...
Yola verənlər…
Hikmət Nazim Erməni əsilli türk fotoqraf, fotomüxbir və yazıçı Ara Gülər 1961-ci ildə İngiltərədə nəşr olunan “Photography Annual” tərəfindən dünyanın ən yaxşı yeddi fotoqrafından biri seçilib. Elə həmin il Amerika Jurnal Fotoqrafları Dərnəyinə qəbul edilib və bu quruluşun Türkiyədən yeganə üzvü olu...
İctimai iaşə və ödənişli xidmətlər statistikası
2018-ci ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6,5 faiz artaraq 1 milyard 314,2 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti...
Sərmayə incəlikləri
2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 12 milyard 899,4 milyon manat vəsait yönəldilib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, istifadə olunmuş vəsaitin 68,4 faizi məhsul istehsalı sahələrinin, 23,5 f...
Prezident Milli İncəsənət Muzeyinə baş çəkib
Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı təmir və yenidənqurmadan sonra açılıb. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış olublar. Azərbaycan Milli İncəsənət Muzeyi XIX əsrdə inşa edilən iki yanaş...
Uşağı icazəsiz mitinqə aparan cəzalandırılacaq
Dekabrın 18-də Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması uşaqların icazəsiz aksiyalara cəlb olunmasına görə inzibati məsuliyyət qanunu qəbul edib. Novator az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsində yeniliyə əsasən, uşaqları icazəsiz aksiyalara cəlb edənləri 30 min rubldan 50 min rubl...
“Qalatasaray”lı onluq
UEFA Avropa Liqasının 2018-2019 mövsümündə 32 komanda mübarizəni davam etdirir. Novator.az bildirir ki, onların 10-u əvvəllər turnirin qalibi olub. 1971-ci ildən keçirilən, 2008-ci ilədək UEFA kuboku adlanmış Avropa Liqasında “Sevilya” 5 dəfə, “İnter” (İtaliya) 3 dəfə zəfər qazanıb. “Ayntraxt” (Fran...
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu yenilənib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 18-də Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. AZƏRTAC-ın arayışına görə, binada 1934-cü ildə Bakı Şəhər Səhiyyə Şöbəsinin nəzdində Balneofizio...
Məşğulluq və işsizlik hesabatı
Dövlət Statistika Komitəsi məşğulluq və işsizlik hesabatı yayıb. Novator.az-ın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, 2018-ci il dekabrın 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 137,6 min nəfər olub, onların 4 milyon 884,1 min nəfərini məşğul əhali təşkil edib. Noyabrın 1-nə muzdla işləy...
İxrac-idxal dinamikası
Novator.az Azərbaycanın idxal-ixrac göstəricilərinə nəzər salıb. Dövlət Gömrük Komitəsi 2018-ci ilin yanvar-noyabr ayları üzrə ixracın həcmini 17 milyard 918,8 milyon dollar, idxalın həcmini 10 milyard 295,5 milyon dollar göstərib. Yanvarda 1 milyard 38,7 milyon dollarlıq, fevralda 1 milyard 172,4 m...
Çempionlar Liqası: 9 iddiaçının titulu var
UEFA Çempionlar Liqasının 2018-2019 mövsümündə mübarizəni davam etdirən 16 komandadan 9-u əvvəllər bu turnirin qalibi olub. Novator.az bildirir ki, mütləq rekordçu “Real” 1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə 13 dəfə hamını üstələyib. “Bavariya”, “Liverpul” v...
50,8 min nikah, 12,4 min boşanma
2018-ci ildə Azərbaycan əhalisinin sayı 69 min 645 nəfər artaraq noyabrın 1-nə 9 milyon 967 min 730 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır. Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri yanvar-oktyabr ayların...
Kurs hayanadır?
Dekabrın 18-də ABŞ dollarının rəsmi məzənnəsi 1,7 manat, Rusiya rublu 0,0255 manat səviyyəsində qalıb. Mərkəzi Bank Türkiyə lirəsinin qiymətini 0,3157 manata endirib. Bir çox valyuta isə bahalaşıb. Novator.az-ın məlumatına görə, avro 1,9292, Gürcüstan larisi 0,6379, İngiltərə funt sterlinqi 2,1461 m...
Ən yeni iqtisadi göstəricilər
Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi hesabatda bildirilir ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) 1 faiz artaraq 72 milyard 432,1 milyon manata çatıb. Əvvəlki ilin 11 ayına nisbətən iqtisadiyyatın q...
3 sərəncam, 90 milyon manat
Prezident İlham Əliyev elektrik enerjisi istehsalının artırılması tədbirlərinə sərəncam verib. Dekabrın 17-də imzalanan sənədə əsasən, Azərbaycanın elektrik enerjisi sisteminin əsas generasiya mərkəzləri olan “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin...