• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavatın qurultay hazırlıqları

  • 12 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Novator.az Müsavat Partiyasının 9-cu qurultayına hazırlığın gedişi ilə maraqlanıb. Qurultay komitəsinin üzvü, başqan müavini Gülağa Aslanlı dekabrın 12-də sayta bildirib ki, rayon təşkilatlarının ümumi yığıncaq və konfransları davam edir: “İyirmidən çox rayon təşkilatında ümumi yığıncaq və konfrans keçirilib, qurultay nümayəndələri seçilib, digər rayon təşkilatlarında da bu proses gedir. Rayon təşkilatlarının üçdə ikisində yığıncaqlar keçiriləndən və nümayəndələr seçiləndən sonra təşkilat komitəsi qurultayın gününü müəyyən edib partiya Məclisinin təsdiqinə verəcək. Ondan sonra seçki kampaniyasına – Məclisə, başqanlığa və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına namizədlərin müəyyənləşməsi işinə start veriləcək”.

Başqan müavini qeyd edib ki, partiyanın nizamnamə və proqramına dəyişiklik və əlavələr üzrə ayrıca komissiya fəaliyyət göstərir: “Dəyişiklik və əlavələr təklifləri müzakirədən sonra partiyanın qurultayına təqdim oluna bilər”.

Partiya nizamnaməsinə görə, qurultay Müsavatın ali orqanıdır, 4 ildən bir Məclisin qərarı ilə çağırılır.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.

2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda başqan vəzifəsinə Arif Hacılı seçilib.

Əşrəf Fəxri

Moskvanın turizm gəlirləri açıqlanıb

  • 12 Dekabr 2018
  • comments

Cəbhəçilərin istintaqı başa çatıb

  • 12 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda