• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yollar toqquşduqca insanlar da toqquşur

  • 19 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Əşrəf Fəxri

Biz niyə yol verə bilmirik? Bəzən bizə aid olmayan yollarda belə addımlayanlara yol vermək istəmirik. Bəlkə yolların məhdud olduğunu düşünürük? Yoxsa özümüz yolsuz olduğumuz üçün başqasının yol tapmasını qəbul edə bilmirik? Məncə, ikinci variant daha uyğundur.

Küçədə, bazarda, metroda, avtobusda tez-tez “yol ver” ifadəsinə rast gəlirik. Deməli, ya biz  başqasının yoluna girmişik, ya da başqası bizim.

Yol axtarışına ən çox metro və avtobusda rast gəlirik. Platformada qatarın qapısı ağzında dayananlar düşənlərə yol vermir. Yollar toqquşduqca insanlar da toqquşur. Kəllə-kəlləyə dəyəndən tutmuş bir-birinin ayağını tapdalayana qədər…

Həyatımız da bu cürdür. Halbuki əgər qatarın qapısı ağzından sağa və sola doğru çəkilib ortanı düşənlər üçün aça bilsək, sonra özümüz də rahat minə bilərik. Daha nə kəllələşmə olar, nə tapdalanma…

Bəs niyə yol verə bilmirik? Bəlkə qatarın çıxıb getməsindən qorxuruq? Ömür qatarı kimi… Amma diqqətlə düşünsək, başqaları ilə kəllələşərkən, başqalarını tapdalayarkən itirdiyimiz vaxt kənara çəkilib yol verməyə sərf etdiyimiz vaxtdan heç də az deyil. Sən onsuz da qatarı qapısını tutub saxladırsan, heç olmasa kənara çəkil saxlat.

Qatar və avtobuslarda hamı qapının ağzında komalaşır. Tez düşən də, gec düşən də. Bu azmış kimi düşmək istəyənə yol da verilmir. Məsələn, qatar dayananda qapının ağzında Ərəbzəngi kimi yol kəsən şəxs qatardan enərək sağa və ya sola çəkilsə, ortanı düşmək istəyənlər üçün açmış olar. Bir şərtlə ki, düşənlər də ləngiməsinlər.

Bir sözlə, qalmışıq qapı ağzında, yol ayrıcında bir-birimizlə kəllə-kəlləyə…

SSRİ-yə qarşı çıxmış deputatlar

  • 19 Oktyabr 2018
  • comments

Məktəb direktoru vəzifəsinə qəbul qaydaları

  • 19 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Siyasi burulğan

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gənclər
  • Siyasət
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda