• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident: “Danışıqların formatı dəyişməz qalır”

  • 10 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Nazirlər Kabinetinin 9 oktyabr iclasında çıxış edən prezident İlham Əliyev 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini vurğulayıb: “Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşüm olub. Doqquz ay ərzində 12 xarici səfər etmişəm, 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib. Bu onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti var. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.

Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmasına toxunan dövlət başçısı deyib: “Bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir. Sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqında dəstəklənir. Eyni zamanda NATO-nun zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilib. Bütün bu sənədlər Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir. Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza var, yeni addımlar, xüsusilə mötəbər beynəlxalq təşkilatların ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir.

Münaqişə ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyət üçün bəllidir. Ermənistanın cəhdləri nəticə vermədi, danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq”.

Sosial-iqtisadi məsələlərdən danışan dövlət başçısı 2018-ci ildə islahatların dərinləşməsi işində önəmli addımlar atıldığını qeyd edib: “Bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10,8 faiz artıb.

Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faiz artıb. Yəni gəlirlər inflyasiyanı üstələyir. İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.

Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub. Həmin vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna yönəldilib.

Valyuta ehtiyatlarımız artır. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən əlavə 3 milyard dollar yığmışıq.

Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılıb”.

Rəsmi: Ermənistandan köç azalır

  • 09 Oktyabr 2018
  • comments

Tapşırıqlar, xəbərdarlıqlar

  • 10 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda