• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan daha bir inqilaba gedir

  • 03 Oktyabr 2018
  • Posted in ManşetXəbər
4
SHARES
FacebookTwitterPinterest

Ermənistanda siyasi böhran yaranıb. Buna oktyabrın 2-də parlamentin öz reqlamentinə dəyişiklik etməsi yol açıb. Novator.az bildirir ki, reqlamentdəki yeniliyə görə, kvorum alınmadığı və ya deputatların iclaslarda iştirakına maneə törədildiyi hallarda qanunverici orqan iclasını başqa vaxta keçirə bilər. Baş nazir Nikol Paşinyan reqlamentin yenilənməsinə qarşı çıxaraq tərəfdarlarını parlamentin binası qarşısına toplayıb. O bəyan edib ki, reqlamentdəki yenilik parlamentin buraxılmasının qarşısını almağa yönəlib.

Ermənistan Konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır. Bu il mayın 8-də inqilabi proseslər fonunda baş nazir postunu tutan Nikol Paşinyan istefa vermək niyyətindədir. Plana əsasən, o, istefa verərkən baş nazir səlahiyyətlərinin icraçısı olaraq qalır, iki həftə ərzində parlament yeni baş naziri seçmir və buraxılır, növbədənkənar seçki təyin olunur.

Ermənistanın indiki parlamenti 2017-ci ilin yazında seçilib. Nikol Paşinyanın sədrlik etdiyi Vətəndaş Sazişi Partiyasının və müttəfiqlərinin yaratdığı “Çıxış” bloku 105 yerlik parlamentdə 9 mandata sahibdir. Sabiq prezident Serj Sərkisyanın partiyasının – Respublika Partiyasının parlament fraksiyası 50 nəfərdən, böyük əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan Sarukyan bloku 31 nəfərdən, Daşnaksütun Partiyasının fraksiyası 7 nəfərdən ibarətdir. 8 deputat heç bir fraksiyaya qatılmır.

Nikol Paşinyan bu ilin dekabrında növbədənkənar parlament seçkisi keçirilməsini istəyir. Bunun üçün ilk növbədə indiki parlament buraxılmalıdır. Həmin prosesi əngəlləyən reqlament dəyişikliyi Ermənistan Respublika Partiyasının təşəbbüsü olub. Oktyabrın 2-si axşam parlamentdə keçirilən səsvermədə Çiçəklənən Ermənistan Partiyası və Daşnaksütun Partiyasından bəzi deputatlar da yeniliyə tərəfdar olublar. Bundan sonra prezident Armen Sərkisyan Nikol Paşinyanın təqdimatını nəzərə alaraq bu iki partiyanın hökumətdəki təmsilçilərini – ümumilikdə 6 naziri vəzifədən çıxarıb. Baş nazirin çağırışı ilə parlament binası önündə aksiya keçirilib. Nikol Paşinyan gecə saatlarında Respublika Partiyası, Çiçəklənən Ermənistan Partiyası və Daşnaksütun Partiyası fraksiyalarının nümayəndələri ilə şəxsən danışıqlar aparıb. O, danışıqlardan sonra aksiyaçılara deyib ki, Respublika Partiyası, Çiçəklənən Ermənistan Partiyası və Daşnaksütun Partiyası parlamentin buraxılması mexanizminin işə düşməsinə razılaşıblar. Nikol Paşinyan növbədənkənar parlament seçkisinin dekabrın ilk yarısında keçiriləcəyini bəyan edib.

2008-2018-ci illərdə prezident postunu tutan Respublika Partiyasının sədri Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq xalq etirazlarına görə aprelin 23-də istefa verməyə məcbur olub. Xalq etirazlarına Nikol Paşinyan başçılıq edib.

“XXI əsr üçün 21 dərs” Azərbaycan dilində çap olun...

  • 02 Oktyabr 2018

Avroda yüksəliş

  • 03 Oktyabr 2018

Son materiallar

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

comments
Dünyanın səsiManşetŞərhYazarlar

“İskəndər” Bakıya atılıb və göydə vurulub? – Britaniya saytı

comments
ManşetTribunaYazarlar

Ustadlıq missiyası

comments
Dünyanın səsiXəbər

Təqdimat yenə imzalanmadı, amma Qasparyan gedir

Rəylər

Do not miss

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

Son materiallar

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

comments
Dünyanın səsiManşetŞərhYazarlar

“İskəndər” Bakıya atılıb və göydə vurulub? – Britaniya saytı

comments
ManşetTribunaYazarlar

Ustadlıq missiyası

comments
Dünyanın səsiXəbər

Təqdimat yenə imzalanmadı, amma Qasparyan gedir

comments
ManşetTribunaYazarlar

Çingiz Hüseynov: “Qınamaq istəməzdim, amma susmaq da xəyanətdir”

comments
Xəbər

Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur

comments
ManşetXəbər

Paytaxtın işsizlik statistikası

comments
Dünyanın səsiManşetŞərh

Ermənistan 2018-ci ilə dönür?

comments
ManşetTribunaYazarlar

İşıq dirəyi (hekayə)

comments
Dünyanın səsiManşetŞərh

Paşinyan qələbəliyi nə deməkdir?

comments
Dünyanın səsiXəbər

Adam işsiz qaldıqca peyvəndə münasibəti dəyişir – Tədqiqat

comments
Xəbər

Valyuta ehtiyatı

comments
Xəbər

Azərbaycan nefti iki ayda nə qədər bahalaşıb?

comments
Dünyanın səsiManşetŞərh

Virusa yoluxub sağalanları maraqlandıran suallar – CNN

comments
ManşetTribunaYazarlar

Kredit girdabı

comments
ManşetŞərh

Pensiyaçıların sayı necə dəyişib?

comments
Dünyanın səsiXəbər

Nikola Sarkozi həbs cəzasına məhkum olunub

comments
ManşetXəbər

Manat nə qədər valyuta xırdalayıb?

comments
Xəbər

Şuranın cəzaları

comments
ManşetTribunaYazarlar

Ana qəhrəman olsa da…

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda