• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukraynada prezident seçkisi ilə bağlı yeni sorğu keçirilib

  • 26 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ukraynada 2019-cu ilin yazına nəzərdə tutulan prezident seçkisi ilə bağlı daha bir sorğu keçirilib. Novator.az-ın məlumatına görə, sorğunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutu sentyabrın 8-dən 23-nə qədər yaşı 18-dən yuxarı 2026 respondentlə müsahibə formasında aparıb.

Sentyabrın 26-da açıqlanan nəticələrə görə, respondentlərin 19,3%-i deputat Yuliya Timoşenkonu prezident görmək istəyir.

Sorğu iştirakçılarının 11,9 %-i indiki prezident Pyotr Poroşenkoya səs vermək niyyətində olduğunu deyib, 11,8%-i şoumen Vladimir Zelenskiyə dəstək nümayiş etdirib.

Respondentlərin 10,9 %-i sabiq müdafiə naziri Anatoli Qritsenkoya, 8,4%-i müğənni Svyatoslav Vakarçuka, 8,1%-i deputat Yuri Boykoya, 7,5%-i deputat Vadim Rabinoviçə, 6,7%-i deputat Oleq Lyaşkoya, 4,2%-i Lvov şəhərinin meri, Samopomoş Partiyasının lideri Andrey Sadovıya, 2%-i iş adamı Aleksandr Şevçenkoya səs vermək istədiyini deyib.

Ötən gün Ukraynanın “Reytinq” sosioloji qrupunun keçirdiyi analoji sorğunun nəticələri açıqlanmışdı. Sentyabrın 10-dan 18-nə qədər üzbəüz müsahibə yolu ilə keçirilmiş, 2 min 500-dən çox respondentin qatıldığı sorğuda Yuliya Timoşenko önə çıxıb. Sorğu iştirakçılarının 13,2%-i onu prezident görmək istəyib. Vladimir Zelenski 7,8 %-lə ikinci, Pyotr Poroşenko 6,8%-lə üçüncü olub.

Səidə Hüseynova

Paşinyana cavab gəldi

  • 26 Sentyabr 2018
  • comments

Mədət Quliyev yeni pillədə

  • 27 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda