Sahil reydləri, cəzalar
İyulun 18-də rəsmi məlumat yayan Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirdiyini bəyan edib. Açıqlamada qeyd olunur ki, paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, ...
Kurslar necə yenilənib?
Mərkəzi Bank iyulun 18-də üç valyutanın kursunu qaldırıb. Novator.az-ın məlumatına görə, bahalaşan Braziliya rialı 0,4429, Moldova leyi 0,102, türk lirəsi 0,3539 manata satılır. ABŞ dollarının rəsmi qiyməti 1,7 manat səviyyəsində qalıb. Bir çox valyuta isə ucuzlaşıb. Avro 1,9794, gürcü larisi 0,6928...
Azərbaycan və İtaliya prezidentləri görüşüb
İtaliya prezidenti Serco Mattarella iyulun 17-də Azərbaycana rəsmi səfərə gəlib. Bakının hava limanında ali qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb. AZƏRTAC xəbər verir ki, iyulun 18-də rəsmi qarşılanma mərasimi...
“Yanardağ”a vəsait
Prezident İlham Əliyev iyulun 17-də “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı sərəncam imzalayıb. Sənəd qoruğun müasir standartlara uyğunlaşdırılması və abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci ilin dövlət büdcəsindən, prezidentin ehtiyat ...
Gəlirlər proqnozu 12,2% ötüb
Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası ilə bağlı prezident sərəncamı imzalanıb. Sənəddə gəlirlər üzrə icra 12 milyard 137 milyon 503,3 min manat, xərclər üzrə icra 11 milyard 15 milyon 537,9 min manat göstərilir. Gəlirlər nəzərdə tutulana nisbətən 12,2% çox, xərclər 27,7% azdır. Ötən il x...
Azərbaycan dili sərəncamı, hökumətə tapşırıqlar
Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi tədbirlərinə sərəncam verib. Sənəddə qeyd olunur ki, Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin var, eyni zamanda elm və texnikanın sürət...
17 iyul hərracında
Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 17-də keçirilmiş özəlləşdirmə hərracından məlumat yayıb. Qeyd olunur ki, Tovuzda yerləşən dövlət əmlakı rəqabətli mühit yaradıb: ümumi faydalı sahəsi 103 kvadratmetr olan obyektə 2 sifariş alınıb, ilkin hərrac qiyməti 10 min manat təyin edilib, sonda obyekt 12...
Dövlət Məşğulluq Xidməti 6 ayın hesabatını verib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Dövlət Məşğulluq Xidməti 2018-ci ilin birinci yarısında 37613 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlərlə təmin edib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz çoxdur. Hesabata görə, yanvar-iyun aylarında 510 nəfər ödənişli əsa...
Vergilərin az olduğu 10 ölkə
Ən az vergi tətbiq edən 10 ölkənin siyahısı açıqlanıb. Novator.az-ın məlumatına görə, siyahıya başçılıq edən Kayman adalarında gəlir vergisi tətbiq olunmur. Ölkə vətəndaşları belə vergi ödəmir, dövlətin gəlir mənbəyi müxtəlif rüsumlar və ödənişlərdir. Baham adalarında da gəlir vergisi 0%-dir. Bu ölk...
Öldürülən jurnalistin həmkarı
İyulun 17-si mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür. 1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan Elmar Hüseynov sonra “Monitor” jurnalını təsis edib, onun baş redaktoru olub. Elmar Hüseynov 200...
Gözlənilməz kitab
Şair Ramiz Rövşən bu yazını 10 il qabaq qələmə alıb. Onda şair, tərcüməçi Mahir N. Qarayevin 50 yaşı vardı. İndi Mahir N. Qarayevin 60 yaşı tamam olur. Bu münasibətlə “Gözlənilməz kitab”ı bir daha oxucuların yadına salırıq. Bu il, iyul ayının 17-də şair dostum Mahir Qarayevin 50 yaşı tamam oldu. Tək...
Neft Fondunun 38 milyard 36,1 milyon dolları var
Dövlət Neft Fondu gəlir və xərclərinin hesabatını yayıb. Rəsmi məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında fondun gəlirləri 9 milyard 173,7 milyon manat, xərcləri 4 milyard 731,6 milyon manat olub. 6 ayda dövlət büdcəsinə 4 milyard 608 milyon manat vəsait köçürülüb. Qaçqın və məcburi köçkün ai...
Hər beş turistdən biri Körfəz ölkələrindən gəlir
2018-in yanvar-iyun aylarında Azərbaycana 189 ölkədən 1 milyon 325 min və ya ötən ilin ilk yarısı ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, gələnlərin 30,5 faizi Rusiya, 21,1 faizi Gürcüstan, 11,1 fa...
Eldar Əzizovun bioqrafiyası
İyulun 16-da bir çox media orqanı Eldar Əzizovun prezident İlham Əliyevin sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunduğunu xəbər verib. Qafqazinfo.az-ın 17 iyul məlumatına görə, bu gün Eldar Əzizov kollektivə təqdim olunub. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətin...
Fərqli istiqamətlər
İyulun 17-də avro (1,9921 manat), Rusiya rublu (0,0273 manat) və türk lirəsi (0,351 manat) bahalaşıb. Mərkəzi Bank gürcü larisinin kursunu 0,6932 manata endirib. ABŞ dollarının rəsmi qiyməti isə 1,7 manat səviyyəsində saxlanıb (Məzənnələr). Bu kurs martın 7-dən qüvvədədir.
Azərbaycana içki və siqaret gətirmək məhdudlaşdırıldı
Dövlət başçısı İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri imzalayıb. Novator.az-ın məlumatına görə, qanun fiziki şəxsin fərdi istehlakı üçün alkoqollu içkinin və siqaretin aksizdən azad olunması qaydasını yeniləyir. İndiyə qədər 3 litr alkoqollu içki, 600 ədəd siqaret aksizdən azad idi. Vergi Məc...
Enerji və qaz təchizatı: nəzarət qaydası təsdiqlənib
Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqlənib. Novator.az-ın məlumatına görə, iyulun 16-da imzaladığı fərmanda prezident İlham Əliyev Nazirlər Kabinetinə elektrik qurğularının quraşdırılması qaydasını; elektrik və istilik qurğularının texniki istismar qayda...
Yeni dövlət agentliyi yaradılır
Prezident İlham Əliyev yerin təkindən istifadə, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirlərinə fərman verib. Novator.az-ın məlumatına görə, iyulun 16-da imzalanan sənəddə bildirilir ki, faydalı qazıntıların yerləşdiyi ə...
Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar
“Düşüncələr” silsiləsindən Mətanət Natiq Balaca vətənpərvər İyunun 26-sı – Silahlı Qüvvələr Günü idi. Mavi səmada əvvəl helikopterlər uçdu, sonra isə qırıcı təyyarələr göründü. Ürəyim fərəh hissiylə doldu. Qürur duydum ki, bizim belə hərbi texnikamız, ordumuz var. Uçuşun sonunda qırıcı təyyarələr Az...
Ukraynada nə qədər işsiz var?
Ukraynanın Dövlət Statistika Xidməti işsizlik hesabatı açıqlayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, 2018-ci il iyulun 1-nə Ukraynada 303 min 900 nəfər işsiz qeydə alınıb. Bir ayda işsizlərin sayı 12 min nəfərdən çox düşüb. İyunun 1-nə 316 min nəfərin işsiz statusu vardı. Hesabata görə, işs...