Cəhənnəmdən keçmiş mələk (85)
Avtobioqrafik roman İkinci bölüm Müəllif: BİRCƏ Gün qızmamış qalxıb hər işimi görürdüm, günəş qovağın təpəsindən qapımıza şaxıyanda Cavidi də götürüb çəkilirdim arxa otaqlara. Çiy kərpicdən tikilmiş ev yayda sərin olurdu. Axşamın qara sərininə qədər uşağı orda birtəhər ovudub daldalayırdım. Cavid a...
İşgüzar forum, yeni kreditlər
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iyulun 13-ü Qubanın Timiryazev kəndində işgüzar forum keçirib. AZƏRTAC xəbər verir ki, tədbirdə Quba-Xaçmaz iqtisadi rayonundan 28 sahibkara 3,3 milyon manat güzəştli kredit verilib. Kreditlərin heyvandarlıq, quşçuluq, bağçılıq, logistik mərkə...
Milli Şura azadlıqlara çağırır
Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya görə ölkənin qaranlığa qərq olması, hökumətin bu böhranı 2 gün ərzində aradan qaldıra bilməməsi, ardınca Gəncə şəhərində icra hak...
Prezident iclas keçirib
İyulun 13-də prezident İlham Əliyevin yanında ölkənin hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Xəbəri AZƏRTAC yayıb. Detallar hələ açıqlanmayıb. Novator.az xatırladır ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin...
Bahalı şəhərlər
İsveçrənin UBS bankı dünyanın 77 şəhərində aylıq yaşayış dəyərini hesablayıb. Novator.az-ın məlumatına görə, tədqiqat müəllifləri dörd nəfərlik ailənin ev kirayəsi istisna olmaqla minimum mal və xidmət üzrə xərclərini əsas götürüblər. Hesablamaya əsasən, ən bahalı şəhər İsveçrənin Sürix şəhəridir. H...
Qarabağ rejiminin turizm iddiası
2018-ci ilin yanvar-may aylarında Dağlıq Qarabağı 8654 xarici turist ziyarət edib. Novator.az-ın məlumatına görə, bunu işğalçı rejimin “Mədəniyyət, Gənclər və Turizm Nazirliyi” bəyan edib. İddiaya əsasən, 2017-ci ilin ilk beş ayı ilə müqayisədə Dağlıq Qarabağa səfər edən xarici turistlərin sayı 4362...
Sərmayə həm azalıb, həm artıb
Dövlət Statistika Komitəsi sərmayə göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi hesabatda qeyd olunur ki, 2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 6 milyard 331,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayis...
Kredit və əmanət göstəriciləri
Novator.az rəsmi kredit və əmanət rəqəmlərinin 2018-ci ildə necə dəyişməsinə nəzər salıb. Mərkəzi Bankın hesabatına görə, iyunun 1-nə kreditlərin məbləği 11 milyard 552,3 milyon manat olub. Bu məbləğ yanvarın 1-nə 11 milyard 337,6 milyon manat, fevralın 1-nə 11 milyard 242,2 milyon manat, martın 1-n...
Lirə boy göstərib
İyulun 13-də ABŞ dollarının (1,7 manat) və Rusiya rublunun (0,0273 manat) rəsmi məzənnələri dəyişməz qalıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank avronu 1,9817, gürcü larisini 0,6946, ingilis funt sterlinqini 2,239 manata endirib. Türk lirəsi isə dəyər artırıb: 0,3502 manat (Məzənnələr). Beşin...
Yalnız bir uğur var
Azərbaycanı UEFA Avropa Liqasının 1-ci mərhələsində təmsil edən komandalar iyulun 12-də ilk oyunlarını keçirib. Novator.az-ın məlumatına görə, “Neftçi” Bakıda Macarıstanın “Uypeşt” komandasını 3:1 hesabı ilə məğlub edib. Digər iki təmsilçi uğursuz start götürüblər: “Qəbələ” öz meydanında Lüksemburqu...
Gəncə: qanlı aksiyaya görə 11 nəfər tutulub
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb. Qeyd olunur ki, iyulun 12-də baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Gəncəyə gedərək son hadisələrlə əlaqədar yaradılmış istintaq...
Prezident: “Azərbaycan işğalın nəticələrini yaxşı anlayır”
AZƏRTAC prezident İlham Əliyevin NATO-nun 12 iyul tədbirindəki çıxışının mətnini yayıb. İlham Əliyev həmin gün Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə qətiyyətli dəst...
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçildi
İyulun 12-də Türkiyə Böyük Millət Məclisinə sədr seçkisi keçirilib. Novator.az-ın məlumatına görə, beş nəfərin yarışdığı seçkidə Ədalət və İnkişaf Partiyasının namizədi, sonuncu baş nazir Binəli Yıldırım üçüncü turda 335 səslə qalib gələrək parlament sədri kürsüsünə oturmaq haqqı qazanıb. Binəli Yıl...
Bəzi yerlərdə işıqlar yenə sönüb
İyulun 12-si saat 16 radələrində ölkənin, o cümlədən paytaxtın bəzi yerlərində işıqlar yenə sönüb. “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı mediaya açıqlamasında deyib ki, Ağsu rayonunun Bico kəndinə yaxın ərazidən keçən yüksək gərginlikli elektrik verilişi xətləri...
Prezident NATO-nun tədbirinə qatılıb
İyulun 12-si Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə qətiyyətli dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, prezident İ...
Ermənistanda hərbi xidmətə çağırış qaydası yenilənir
İyulun 12-də Ermənistan parlamenti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər edib. Yeniliklər həqiqi hərbi xidmətdən möhlət hüququ olan şəxslərin siyahısını genişləndirir. Novator.az xəbər verir ki, sənədə əsasən, valideyni, qardaşı və ya bacısı hərbi xidmət zamanı öl...
10 rayonda 3 minədək iş yeri təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Dövlət Məşğulluq Xidməti 2018-ci ilin ötən dövründə ölkənin 10 rayon və şəhərində (Daşkəsən, Naftalan, Qəbələ, İsmayıllı, Şəki, Xaçmaz, Quba, Qax, Neftçala, Bakının Qaradağ rayonu) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunmas...
Hava necə dəyişir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 13-ü səhərdən 14-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək, havanın temperaturu əvvəlki günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. İyulun 13-də gündüz havanın ...
Qeyri-neft sənayesi 8,8 faiz artıb
Dövlət Statistika Komitəsi sənaye istehsalı ilə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda deyilir ki, 2018-ci ilin yanvar-iyun aylarında 23,8 milyard manatlıq və ya əvvəlki ilin ilk yarısı ilə müqayisədə 1 faiz çox sənaye məhsulu istehsal edilib. Qeyri-neft sektorunda məhsul iste...
Gedən nə, gələn nə?
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanın ixracının 80,2 faizi xam neft və xam neft məhsulları, 3,3 faizi neft məhsulları, 6,6 faizi təbii qaz olub. Novator.az bildirir ki, ixracın 3,2 faizinin meyvə-tərəvəz olduğu açıqlanıb. İdxalın 23,9 faizi maşın, mexa...