• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

KİV-lə işin düzgün qurulması təlimatı

  • 26 İyul 2018
22
SHARES
FacebookTwitterPinterest

Seymur Kazımov

İyulun 18-19-da Tbilisidə ATƏT-in Cənubi Qafqaz üzrə ənənəvi media konfransı keçirildi. Son iki ildə ATƏT-in müzakirəyə çıxardığı məsələlərədən biri də dezinformasiya və saxta xəbərə qarşı mübarizədir.

Saxta xəbər və dezinformasiya idarəçilik formasından asılı olmayaraq bütün dövlətlərdə var, amma sistemin sağlam olması, media mənsublarına münbit şəraitin yaradılması yalan məlumatların ayaq açıb yeriməsinə mane olur və insanlar normal xəbərlə səhv arasında fərqi görə bilir. Ümumiyyətlə, saxta xəbərin yaranma səbəbindən biri də hökumətlərin media ilə işi düzgün qurmamasıdır. Ya da qurmaq istəməməsidir. Kommunikativ texnologiyalar irəlilədikcə saxta xəbərlər də onlarla birlikdə inkişaf edir və bəzi hallarda daha da irəli gedir.

Azərbaycanda təkcə iyul ayında bir-birinin ardınca bütün ictimaiyyəti maraqlandıran, həm də narahatlığa səbəb olan olaylar baş verib: Mingəçevirdə İstilik Elektrik Stansiyasında qəzaların baş verməsi, Gəncədə icra başçısı ilə bir polisin güllələnməsi, sonra yüksək rütbəli iki polis zabitinin qətlə yetirilməsi, Sumqayıtda həbslər… Ötən yazılarımızda analoji halların mediada işıqlandırılmasının qənaətbəxş olmadığını qeyd etdiyimizdən üzərində dayanmağa gərək yoxdur.

Hakimiyyətin məqsədi insanların maksimum dərəcədə obyektiv və balanslı informasiya alması üçün mediaya münbit şərait yaratmaq olmalıdır. Hökumətə inamın formalaşması da medianın şəffaf fəaliyyətindən keçir.

Konkret iyul hadisələri zamanı dövlət qurumları işlərini necə qurmalı idi?

Bu təlimatlar gələcəkdə baş verə biləcək digər hallarda da lazım ola bilər:

  • İstintaq və araşdırma tələb edən məlumatlar istisna olmaqla, şəffaf məlumatlandırma;
  • Cəmiyyətdə səslənən tutarlı fərziyyələrin istintaq tərəfindən nəzarətə götürülməsi, onların araşdırılması və nəticələrin mediaya ötürülməsi;
  • Hadisələrin araşdırılmasına məsul olan qurumların media qərargahı yaratması;
  • Əlaqədar qurumların sosial şəbəkə səhifələrinin mütəmadi yenilənməsi;
  • Media üçün mətbuat konfransları, brifinqlərin təşkil edilməsi – təkcə mətbuat xidməti əməkdaşlarının deyil, aidiyyəti qurumların rəhbər heyətinin də mütəmadi olaraq mətbuata açıqlama, müsahibə verməsi;
  • Bütün tədbirlərin TV və sosial şəbəkələrdə canlı yayılması;
  • Xüsusi təhlükə törətmədiyi halda hadisənin baş verdiyi ərazilərdə jurnalistlərin fəaliyyətinin təşkili;
  • Media hadisə yerinə buraxılmadığı hallarda əməliyyat çəkilişləri ilə təmin olunması;
  • Zərurət yarandığı halda təqsirləndirilən və axtarışda olan şəxslərin zərərsizləşdirilməsi hallarını əks etdirən əməliyyat çəkilişlərinin media qurumlarına verilməsi;
  • Aidiyyəti qurumlarda mərkəzləşdirilmiş və eyni zamanda zəruri olarsa ərazilər üzrə (misal üçün, icra hakimiyyətlərində) İnformasiya Qərargahı və “Qaynar xətt”in yaradılması;
  • Yerli jurnalistlər arasında ayrı-seçkilik hallarına yol verilməməsi – bütün istiqamətlər üzrə olan KİV-lərə, eləcə də “freelance” (sərbəst) jurnalistlərə iş üçün bərabər imkanların yaradılması;
  • Jurnalistlərin regionlara səfər etməsinə imkan yaradılması.

Media üçün belə şərait yaradılsa, cəmiyyət də, elə hakimiyyətin özü də qısa zamanda hadisənin baş vermə səbəblərinin üzə çıxmasına, üstəlik, qısa zaman ərzində problemin həlli yollarının tapılmasına şahid olar.

Media menecerlərinin üzərinə düşən vəzifələr:

  • Xüsusi hazırlanmış reportyorların hadisə yerinə ezam edilməsi və yaxud qərargahlara təhkim edilməsi;
  • Reportyorun psixoloji durumunun yerində olmasının yoxlanılması;
  • Reportyorun ezam oldunuğu ərazi barədə məlumatlılığı, yerli sakinlərlə ünsiyyət qurma bacarığı;
  • Regionlara ezam olunan əməkdaşların texnikalarının (foto, video kamera, diktofon, kompüter) saz vəziyyətdə olmasına diqqət yetirilməsi;
  • Həssas bölgələrə ezam olunan əməkdaşların təhlükəsizliyinin təmin olunmasının təşkili;
  • Redaksiyada yalnız bu qrupla işləyəcək, qrup üzvlərindən gələn materiallarla məşğul olacaq redaktorların ayrılması və ictimaiyyətin operativ qaydada məlumatlandırılması;
  • Əldə olunmuş məlumatların cəmiyyətə peşə prinsipinə uyğun çatdırılması;
  • KİV-lərdə həmin hadisələrlə bağlı analitik yazıların, tok-şou, dəyirmi masa, müzakirə tipli verilişlərin yayımı.

“Eurobarometr” araşdırma təşkilatının 2018-ci ilin fevralında Avropa İttifaqı ölkələrinin 27 min nəfər vətəndaşı arasında keçirdiyi sorğuda respondentlərin 83 faizi saxta xəbərləri demokratiyaya təhdid kimi dəyərləndirib. Yəni saxta xəbər söz, mətbuat azadlığının tam bərqərar olduğu ölkələr üçün də təhlükədir. Düşünməyə dəyər.

 

İsmayıllının prokuroru işdən çıxarılıb, köməkçisi ...

  • 26 İyul 2018

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi

  • 26 İyul 2018

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
ManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
ManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualXəbər

Xaricdəki əsas tərəfdaşlar

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualXəbər

İxrac-idxal dinamikası

comments
AktualManşetXəbər

Dörd ayın ticarəti

comments
ManşetXəbər

Alman möhürü

comments
ManşetXəbər

Ermənistan sülhdən yayınır?

comments
ManşetTribunaYazarlar

İnsan işğalı

comments
Dünyanın səsiManşetXəbər

“The Telegraph”: Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb

comments
Dünyanın səsiManşetXəbər

Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib

comments
Dünyanın səsiManşetXəbər

Fransada parlament marafonu, ilkin sorğular

comments
ManşetXəbər

Əhali statistikası

comments
AktualManşetXəbər

İş, işsizlik, maaş

comments
Dünyanın səsiManşetXəbər

“Kölgə” Navalnının dalınca düşübmüş

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda