• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi

  • 26 İyul 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

İyulun 26-sı Hərbi Prokurorluqda 2018-ci ilin ilk yarısının hesabatı verilib. Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən baş prokurorun müavini, respublika hərbi prokuroru Xanlar Vəliyev deyib ki, 6 ayda Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb: “2017-ci ilin birinci yarısı ilə müqayisədə qeydə alınmış ağır cinayətlər 3,6 faiz, xüsusilə ağır cinayətlər 14,3 faiz, qeyri-hərbi cinayətlər 19 faiz, şəxsiyyət əleyhinə cinayətlər 4 dəfə, ictimai təhlükəsizlik əleyhinə cinayətlər 28,6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 5,9 faiz, tabelik qaydası əleyhinə cinayətlər 23 faiz, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 24,5 faiz azalıb. Fərarilik cinayətlərində 50 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərində 33,3 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 34,4 faiz, qəsdən adam öldürmə cinayətlərində 14,3 faiz, özünü öldürmə həddinə çatdırma cinayətlərində 66,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərin 33,3 faiz, mülkiyyət əleyhinə olan cinayətlərində 12,8 faiz azalma qeydə alınıb”.

Məruzəçinin sözlərinə görə, 2017-ci ilin birinci yarısı ilə müqayisədə qeydə alınmış cinayətlərin sayı Daxili Qoşunların hərbi hissələri üzrə 40 faiz, Ədliyyə Nazirliyinin hərbi hissələri üzrə 33,3 faiz, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri üzrə 11,1 faiz, Dövlət Sərhəd Xidmətinin hərbi hissələri üzrə isə 7,7 faiz düşüb.

Qeyd olunub ki, korrupsiya və rüşvətxorluq faktları üzrə 70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanıb, təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Müşavirədə hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Xəbəri AZƏRTAC yayıb.

Seymur Kazimov

KİV-lə işin düzgün qurulması təlimatı

  • 26 İyul 2018
  • comments

Pakistanda seçkini müxalif hərəkat uddu

  • 26 İyul 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu

Rəylər

Do not miss

comments
Xəbər

Avropa meydanlarında

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda