Alimlər: xərçəngin kökündə insan fəaliyyəti dayanır
- 24 May 2018
- comments
- Səidə Hüseynova
- Posted in AktualXəbər
ABŞ-ın Arizona Universitetinin alimləri dünyada xərçəngin sürətlə yayılmasının kökündə insan fəaliyyətinin dayandığını iddia edirlər.
Novator.az-ın məlumatına görə, ekspertlər atmosfer və hidrosferin kimyəvi çirklənməsini, nüvə qurğularından radiasiya şüalarının yayılmasını, plastik tullantıları və ziyanvericilərlə mübarizə üçün istifadə olunan kimyəvi maddələri nəzərə alaraq belə qənaətə gəliblər.
Mütəxəssislər orqanizmdə hormonal dəyişikliyi pozan süni işıqlandırmanı da təhlükəli sayırlar. Onlar bu növ hormonal dəyişikliyin xərçəng xəstəliyinin inkişafına yol açdığını vurğulayırlar.
Vəziyyətin çox təhlükəli həddə olduğunu deyən alimlər hətta bütövlükdə insan övladını “xərçəngli növ” kimi qiymətləndirirlər.
Səidə Hüseynova