Dörd ayın populyar adları
- 27 Aprel 2018
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetXəbər
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda doğulmuş qız uşaqlarına qoyulan ən populyar ad Zəhradır. Novator.az bildirir ki, dörd ayda 549 uşaq Zəhra adı alıb:
İlk 10-luqda bu adlar da var:
Nuray – 402 uşaq
Məryəm – 356
Zeynəb – 347
Aylin – 344
Fatimə – 308
Mələk – 292
İnci – 260
Ayan – 229
Leyla – 214.
Oğlan adları içində Yusif liderlik edir. Bu ad yanvar-aprel aylarında 556 uşağa verilib. Əli və Hüseyn adlarını 395 uşaq alıb.
Qalan populyar adlar belə sıralanır:
Ömər – 339
Uğur – 322
Məhəmməd – 298
Murad – 295
Ayxan – 251
Tunar – 194
Ümid – 163.