• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Mən yoxam” təqdim olundu

  • 08 Aprel 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Aprelin 7-də Bakıdakı Atatürk Mərkəzində yazıçı, publisist Qurban Yaquboğlunun “Mən yoxam” kitabının təqdimatı keçirilib.

Jurnalist Azər Qaraçənlinin apardığı tədbirdə şair, yazıçı Zahid Sarıtorpaq, professor Alxan Bayramoğlu, millət vəkili Fazil Mustafa, “Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızı, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, yazıçılar Fəxri Uğurlu, Şərif Ağayar, şərqşünas alim Nəriman Qasımoğlu, telejurnalist Rafiq Haşımov, tənqidçi İradə Musayeva, şairlər İlham Qəhrəman, Səlim Babullaoğlu və başqaları çıxış ediblər.

“Mən yoxam” – bu il 50 illik yubileyi qeyd olunan Qurban Yaquboğlunun ilk kitabıdır.

“Qanun” Nəşrlər Evinin buraxdığı kitaba “Mən yoxam” romanı və müəllifin müxtəlif dövrlərdə qələmə aldığı esselərdən bir neçəsi daxil edilib.

“Mən yoxam” romanı ağrıların gözəl qadın, unudulmaz sevgi, toran keçmiş, yurd bağlılığı, nəsil buxovu, irsi mənsubiyyət, uzaq kənd, yad və təsadüfi adamlar kimi çeşidli qaynaqlarına baş vurur. Sadalananlar insan taleyini və onun aqibətini müəyyənləşdirən “kainat oyunu” kimi nəzərə çarpır.

Romanın sirri həm də onun son cümləsindədir. Son cümləni oxuyan mətni başdan oxumağa məhkumdur: “İnsan heç vaxt sonu bilmir…”

Bədəlov Qurban Yaqub oğlu 1968-ci ildə Şamaxının Çöl Göylər kəndində anadan olub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

Mətbuatda ilk iş yeri “Ədalət” qəzeti olub. 1990-cı ildə “Ədalət”də korrektor kimi işə başlayıb. 1991-1993-cü illərdə “Xəzər” jurnalı və “Yol” qəzetində ədəbi redaktor və şöbə redaktoru işləyib.

Müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən “525-ci qəzet”də (1994-1996) müxbir, “Rezonans” (1996-1998), “Bu gün” (1998-99), “Şans” (1999-2000), “Avropa” (2001-2003) qəzetlərində redaktor vəzifələrində çalışıb.

2005-ci ildən “Gün səhər” qəzetinin redaktoru olub. 2012-ci ildən “Gündəlik Teleqraf” media holdinqində işləyir, hazırda Teleqraf.com saytının redaktorudur.

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2000-ci ildə gənc şair kimi prezident təqaüdü alıb.

2015-ci ildə jurnalistikadakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

Fotolar Səfiyar Məcnunundur



















Sanksiya dairəsi genişləndi

  • 06 Aprel 2018
  • comments

Müdafiə naziri orduya tapşırıq verib

  • 09 Aprel 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Media
  • Nəsr

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda