Seçkini neçə nəfər müşahidə edəcək?
- 04 Aprel 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Mərkəzi Seçki Komissiyası 11 aprel prezident seçkisi ilə bağlı statistik bilgilər açıqlayıb. Novator.az-ın məlumatına görə, seçkini 125 dairə seçki komissiyası, 5641 məntəqə seçki komissiyası keçirəcək.
Seçki məntəqələrinin 5426-sı daimi, 215-i müvəqqəti məntəqədir.
58 təşkilatı, 59 ölkəni təmsil edən 871 beynəlxalq müşahidəçinin qeydə alındığı bildirilir. Yerli müşahidəçilərin sayı 56864-dür.
Seçki komissiyalarına 5099 məşvərətçi səs hüquqlu komissiya üzvü təyin olunub.
Azərbaycanda növbəti prezident seçkisi bu il oktyabrın 17-də keçirilməli idi. Fevralın 5-də imzalanan prezident sərəncamı ilə aprelin 11-nə növbədənkənar seçki təyin olunub. Bir çox müxalif qurum, o cümlədən Müsavat Partiyası və AXCP seçkidə iştirak etmir.
Prezidentliyə 8 namizəd iddia edir: Yeni Azərbaycan Partiyasından dövlət başçısı İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, müstəqil namizəd, deputat Zahid Oruc, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, Azərbaycan Demokrat Partiyasından Sərdar Cəlaloğlu, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev.
Ölkədə 5,2 milyona yaxın seçici qeydə alınıb.