• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

  • 24 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetMediaTribunaYazarlar

Seymur KAZIMOV

“Məni redaktorlar və reportyorlar əmin etdi ki, bunu dərc etmək lazımdır, çünki çox vacibdir. 30 saniyə ərzində qərar verdim. Baxmayaraq ki, doğru olmaq şansım 50 faiz idi”. ABŞ-ın “Vaşinqton Post” qəzetinin naşiri Ketrin Qraham “Pentaqon sənədləri” adlı məxfi məlumatların qəzetində dərc olunması qərarını verməsini belə izah edir:

Arayış. Kennedinin öldürülməsindən sonra vitse-prezident Lindon Conson and içərək prezident kimi fəaliyyətə başlayır. O, ABŞ-ın Vyetnamda apardığı müharibədən gələn xəbərlərə etibar etmədiyi üçün müdafiə naziri Robert Maknamaranı ətraflı hesabat hazırlaması üçün Vyetnama ezam edir. Maknamara Vyetnamda, daha sonra ABŞ-da mətbuat konfransı keçirir və “hər şey yaxşıdır” deyir. Əslində, hər şey çox pis idi. Bu barədə həqiqətlər 8 ildən sonra üzə çıxır. Öncə “Nyu-York Tayms”, sonra da “Vaşinqton Post” bu barədə yazır.

Hökumət bu qəzetləri dövlət sirrini yaymaqda ittiham etdi və onları məhkəməyə verdi. ABŞ Ali Məhkəməsi hər iki qəzetin istədiyi məlumatı yaymaq hüququnu tanıdı və konstitusiyaya birinci düzəlişi əsas gətirərək, hökumətin iddialarını rədd etdi.

Həqiqəti üzə çıxarmaq jurnalistikanın əsas vəzifəsidir. Jurnalistikada həqiqət dedikdə daha çox faktların dürüstlüyü nəzərə alınmalıdır. Bütün qəzetlərin, o cümlədən aparıcı jurnalist təşkilatlarının etik kodeksində bu məsələ əsas yeri tutur. Adıçəkilən qəzetlər də auditoriyalarına həqiqəti çatdırmışdı, çünki sıravi amerikalı aradan illər keçsə də, Vyetnamda nə baş verdiyini bilməli idi.

Etik kodekslərin əsas məqsədi peşə fəaliyyəti zamanı maksimum dərəcədə vicdanlı, ədalətli, məsuliyyətli olmaq və zərər vurmamaqdır. Sonuncu həm jurnalistin çalışdığı media qurumunu, həm də auditoriyanı nəzərdə tutur.

Etika hüquqi sənəd deyil və təbii ki, jurnalistin fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyindən üstün ola bilməz. Peşə davranış qaydaları jurnalistə faktın və rəyin sərhədlərini cızmağa kömək edir.

Azərbaycanda həqiqətin üzə çıxmasında əsas əngəllər hansılardır?

Bir səbəb budur ki, əksər redaktor medianın hələ də milli, dövlət maraqlarına xidmət etdiyini düşünür və milli maraqlar naminə peşəkarlığı üçüncü, dördüncü plana keçirir. Buna görə də cəmiyyətə təqdim olunan məlumatların ictimai əhəmiyyəti olmur.

Əsas etik dəyərlərdən biri də müstəqillikdir. Bu da jurnalisti kiminsə maraqlarını müdafiə etmək öhdəliyindən azad edir. Müstəqilliyin olmaması da ikinci əsas səbəbdir.

Üçüncüsü, qiymətli hədiyyələrdir. Yuxarıda etik dəyərlərdən və onun yaratdığı məsuliyyət barədə yazdıq. Azərbaycanda fəaliyyət göstərən KİV-in əksəri Mətbuat Şurası ilə ATƏT-in birgə hazırladığı peşə davranış qaydalarına qoşulub. Amma özləri qoşulduqları kodeksləri də pozurlar. Halbuki onların imza atdıqları peşə etikası qaydalarında deyilir: “Qiymətli hədiyyələr, pulsuz xidmətlər həm jurnalistlərin, həm də onların təmsil etdikləri informasiya orqanlarının adına xələl gətirə bilər. Odur ki, jurnalist daşıdığı vəzifəyə görə heç kimdən qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə şərait yaratmamalıdır”.

Qiymətli hədiyyə alan media mənsubunun sonrakı peşə davranış qaydalarını müəyyənləşdirmək çətin deyil. Çünki bu qaydaların digər bəndləri – həqiqətə xidmət, doğruluq, obyektivlik və s. qiymətli hədiyyə qəbul etdikdən sonra qüvvədən düşür.

Dördüncüsü, Azərbaycanda neçə KİV-in özünün etik kodeksi var?

Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Sahibkarlara yeni kreditlər verildi

  • 23 Fevral 2018
  • comments

Rəsmi iddiaçıların sayı 15-ə yüksəlib

  • 26 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda