• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Həyəcan təbili üçün hədd ötüb”

  • 02 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu intiharlarla bağlı şərh yayıb. O yazır ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məlumatına görə, ötən il 495 nəfər, 2016-cı ildə 327 nəfər, bu ilin yanvar ayında 42 nəfər intihar edib: “Bu o deməkdir ki, 2016-cı ildə hər 10 gündə 9 nəfər, ötən il və bu ilin yanvar ayında isə hər 3 gündə 4 nəfər özünə qəsd edib”.

Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu üç məqama diqqət çəkir: “Birincisi, ölümlə nəticələn özünə qəsdlərin statistikasının təhlili göstərir ki, intihar hadisələrinin dinamikası pozitivdir, yəni ildən-ilə artır. Özünə qəsd zamanı ölüm əmsalı 2016-cı ildə gündə 0,89 olub, ötən il və cari ildə bu əmsal 1,35-ə qalxıb.

İkincisi, statistikanın struktur təhlili göstərir ki, intihar edənlərin çoxu yaşı 40-a qədər olanlardır. Ötən ay bu səbəbdən dünyasını dəyişənlərin 59 faizinin yaşı 40-dan az olub. İntihar edənlərin hər 3 nəfərindən 1-i qadın, hər 10 nəfərindən 1-i uşaqdır.

Üçüncüsü, intiharların səbəb-nəticə təhlili aparılmasa da, verilən məlumatlar əsasında çıxan qənaət ondan ibarətdir ki, özünə qəsd edənlərin əksəriyyəti güzəranı pis olan yoxsullar, borclular və işsizlərdir. Cəmiyyətdəki naqislik, ədalətsizlik, məhkəmələrdə haqqın tapdanması, qanunların işləməməsi, dövlət orqanlarının üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməməsi, məmur özbaşınalığı və sair amillər insanları intihara sövq edən əsas inzibati səbəblər hesab oluna bilər.

Ölümlə nəticələn özünə qəsdlərin təqdim olunan statistikası həyəcan təbili çalmaq üçün tələb olunan həddin çoxdan ötdüyünü deməyə kifayət edir. Baxmayaraq ki, mətbuatın kriminal xronologiyasında bu barədə məlumatlar operativ və təfərrüatlı təqdim edilir, amma hələ də həm hakimiyyət, həm cəmiyyət bu məsələdə müşahidəçi mövqeyi tutur. Bu dəhşətli statistikanın təsdiq etdiyi ucuz ölümün səbəbləri ciddi araşdırılmır və qabaqlayıcı tədbirlər görülmür.

Ölkədə vətəndaş cəmiyyətinin sıradan çıxarılması bu sahədə aparılan ictimai işlərin də səviyyəsinə mənfi təsir göstərib. Hakimiyyətə gəlincə, orada bir nəfər də olsun cəsarətli adam tapılmır ki, gerçək vəziyyət barədə əlaqədar orqanlar qarşısında məsələ qaldırsın, belə ölümləri azaltmaq və dayandırmaq üçün preventiv tədbirlər hazırlansın”.

Ermənistanda hökumət qapalı iclaslara keçir

  • 01 Fevral 2018
  • comments
Maqsud İbrahimbeyov

İçərişəhərdə yeni layihə

  • 02 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Cəmiyyət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda