• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistanda hökumət qapalı iclaslara keçir

  • 01 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Fevralın 1-də Ermənistan hökuməti öz strukturu və fəaliyyəti ilə bağlı qanun layihəsini qəbul edib. Novator.az bildirir ki, layihədə hökumətin baş nazir, baş nazirin birinci müavini, 2 müavin və 18 nazirdən ibarət olması nəzərdə tutulur.

Sənədə görə, hökumət üzvlərini baş nazirin təqdimatı ilə prezident təyin edir, üzvlərin azı üçdə ikisi təsdiqləndikdə hökumət formalaşmış sayılır. Fəaliyyətə başlayanda hökumət üzvləri prezidentin hüzurunda and içir.

Qanun layihəsi hökumət iclaslarının qapalı keçirilməsini nəzərdə tutur. Yalnız istisna hallarda hökumət iclaslarının ayrı-ayrı hissələri baş nazirin qərarı ilə açıq keçirilə bilər.

Layihə parlamentə təqdim olunacaq.

Aprelin 9-da hakim Respublika Partiyasının sədri Serj Sərkisyanın Ermənistan prezidenti postunda səlahiyyət müddəti başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 1-10 mart aralığında seçməlidir.

Respublika Partiyasından prezidentliyə Ermənistanın Böyük Britaniyada səfiri Armen Sərkisyan namizəd seçilib.

7 illiyə seçiləcək yeni prezident səlahiyyətinin icrasına aprelin 9-da başlayacaq. Aprelin 16-dək fraksiyalar baş nazir postuna namizədlərini təqdim etməlidir. Baş nazir aprelin 17-si parlamentdə seçiləcək.

2008-ci ildən prezident olan Serj Sərkisyanın baş nazir kürsüsündə əyləşəcəyi gözlənir. Ermənistan parlamentinin 105 deputatının 58-i Respublika Partiyasının üzvüdür. Hökumət ortağı olan Daşnaksütun Partiyası 7 mandatla təmsil olunur.

Peşə təhsili: yeni qanun layihəsində nələr var?

  • 01 Fevral 2018
  • comments

“Həyəcan təbili üçün hədd ötüb”

  • 02 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda