Namiq Sadıqlının şikayəti təmin olunmayıb
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində AXCP fəalı, bloqçu Namiq Sadıqlının həbsindən verilmiş şikayətə baxılıb. Azadliq.info xəbər verir ki, şikayət təmin olunmayıb, inzibati həbs qərarı qüvvədə saxlanıb. Namiq Sadıqlını (Namiq Sadiqov) noyabrın 30-da polis saxlayıb. Dekabrın 1-də Nəsimi Rayon...
Ermənistan və daha 25 ölkə Ukraynaya qarşı çıxdı
BMT Baş Məclisi Ukraynanın Krım bölgəsi ilə bağlı qətnamə qəbul edib. 2014-cü ilin fevralından Ukrayna torpaqlarının bir hissəsi Rusiyanın işğalı altındadır. Krım Muxtar Respublikası və Sevastopol şəhəri Rusiyaya birləşdirilib, Donbas bölgəsində isə Moskvadan dəstək alan iki separatçı rejim qurulub....
“Azadlıq”lar blokda qaldı
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” radiosunun Azadliq.org saytına və “Azadlıq” qəzetinin Azadliq.info saytına girişin məhdudlaşdırılması barədə qərardan verilmiş şikayətə baxılıb. Sözügedən qərar bu il mayın 12-də Səbail Rayon Məhkəməsində çıxarılıb. Qərarla “Turan TV”nin Azerbay...
Azərbaycan nefti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AZƏRTAC-ın 20 dekabr məlumatına görə, London birjasında “Brent” markalı neftin bir barreli 63,90 dollara, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 57,75 dollara qalxıb. “AzəriLayt” markalı neftin bir barreli isə 0,36 dol...
Məzənnələr
Mərkəzi Bank dekabrın 20-də avronu yenidən bahalaşdırıb. Rəsmi kurs 2,0048 manatdan 2,0132 manata yüksəlib. Gürcü larisinin də məzənnəsində artım var. Ötən gün banklara 0,67 manata təklif olunmuş lari indi 0,674 manata satılır. ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manatdır. Bu qiymət dekabrın 13-də...
AZƏRTAC-ın nizamnaməsi
Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) nizamnaməsini təsdiqləyib. Novator.az-ın məlumatına görə, dekabrın 19-da imzalanmış fərmanla AZƏRTAC-ın icra orqanının yaradılması, qurumun yenidən təşkili və ləğvi dövlət başçısının səlahiyyətinə aid edilib. Nazirlər Kab...
Yola cavabdeh olan agentlik rəsmiləşdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nizamnaməsi prezident fərmanı ilə rəsmiləşib, həmçinin qurumun strukturu təsdiq edilib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin dekabrın 19-da verdiyi fərmanla Nazirlər Kabinetinə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında olan...
Açıq məkanda reklam qaydası təsdiqlənib
Dövlət başçısı İlham Əliyevin 19 dekabr fərmanı ilə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası; reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği və reklam yayımına görə ödənilən haqqın məbləği təsdiqlənib. Novator.az ...
“Azərenerji” yoxlandı
Hesablama Palatası “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində auditin nəticələri barədə məlumat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, “Azərenerji”nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi zamanı gəlirlər və xərclər smetalarının aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, rentabell...
Müdafiə Nazirliyində toplantı və görüş
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, dekabrın 19-da xarici dövlətlərin Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün yekun toplantısı keçirilib. Toplantıda 28 xarici dövlətin və beynəlxalq təşkilatın 29 nümayəndəsi iştirak edib. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsin...
Ən çox varlanan milyarder
ABŞ-ın “Forbes” jurnalı 2017-ci ilin ən çox varlanan 5 milyarderinin adını açıqlayıb. Novator.az xəbər verir ki, beşliyə “Amazon” internet şirkətinin qurucusu Ceff Bezos başçılıq edir. Onun varidatı bu il 33,8 milyard artaraq 98,6 milyard dollar olub. Siyahıda ikinci Cinin “Evergrande Group” tikinti...
Sinif yoldaşları (15)
Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Xülya CƏFƏROVA Sinif yoldaşları (povest) 14 15-ci gün Qapı açıldı. Dəfnə içəri daxil oldu. Heç nə dəyişməmişdi. Sinif eyni idi, amma Dəfnə əvvəlki deyildi. Yeniyetmələrin arasında öz yetkin vücuduna təəccübləndi. Ətrafda ...
Arıqlamaq resepti
Arıqlamaq istəyənlərə nələr məsləhət görülür? Sağlam qidalanmanın əsas şərti olan su orqanizmdə yaranan toksik maddələrin atılması üçün lazımdır. Su həmçinin natrium, ftor, kalium və kalsium kimi minerallarla zəngindir. Ən faydalı içki olan su həm də kalorisizdir, ona görə gün ərzində kifayət qədər ...
DSMF-də qeydiyyat hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ilin ötən dövründə 6,15 faiz artıb. Rəsmi hesabata görə, yanvar-noyabr aylarında sistemdə 185 min 663 nəfərə fərdi şəxsi hesab açılıb. 1 dekabr 2017-ci il...
Bu il 9 minə yaxın zəlzələ olub
Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclası keçirilib. Science.gov.az-ın məlumatına görə, iclasda çıxış edən Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 2017-ci ildə ölkədə zəl...
Yeni hərrac
Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 19-da hərrac keçirib. Hərracda özəlləşdirilən əmlakların kiçik dövlət müəssisəsi və nəqliyyat vasitələri olduğu bildirilir. Rəsmi məlumata görə, Bakının Sabunçu rayonunda yerləşən yardımçı təsərrüfat (ümumi faydalı sahəsi 3 min kvadratmetrə yaxın, torpaq sah...
Yeni hesabat: 39 jurnalist məqsədli şəkildə qətlə yetirilib
“Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı 2017-ci ildə həlak olan jurnalistlərin hesabatını yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bu il peşə borcunu yerinə yetirən zaman azı 65 jurnalistin həlak olduğu bildirilir. Sənəddə qeyd olunur ki, 39 jurnalist məqsədli şəkildə qətlə yetiri...
Xüsusi mülkiyyətə verilməyən torpaqlar müəyyənləşir
Dekabrın 19-da Milli Məclisin regional məsələlər komitəsinin iclasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlarda dəyişiklik layihələrinə baxılıb. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, qəbiris...
Atama məktub (Esse)
Ülkər İLQAR Qarlı bir qış günü dünyaya gəlmişəm. Yarımçıq ayda və yarımçıq – yeddiaylıq ikən. Əslində bəlkə də bu bir işarət idi ki, mən yarımçıq ailədə böyüyəcəm… Xəbərim var mən dünyaya gələndə nə qədər sevindiyindən, qarlı bir qış günü xəstəxananın həyətində o yan-bu yana həyəcanla gəzişib ...
Haradan qaçırlar, hara qaçırlar?
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti mühacir hesabatı açıqlayıb. Novator.az xəbər verir ki, hesabata görə, planet əhalisinin 3,4%-i (258 milyon insan) mühacirdir. Hesabatda 2000-ci illə müqayisədə mühacirlərin sayının 49% artdığı vurğulanır, 26 milyona yaxın mühacirin qaçqın olduğu bild...