Ermənistanın nə qədər ixracı var?
Ermənistanın İqtisadi İnkişaf və İnvestisiya Nazirliyi 2017-ci ilin yanvar-noyabr ayları üzrə ixrac hesabatı yayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, 2017-ci ilin 11 ayı ərzində ixracın həcmi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 23,5% artaraq 2 milyard 13 milyon dollara çatıb. Ermənistan...
Vergi orqanlarına müraciət hesabatı
Bu ilin noyabr ayında vergi orqanlarına 8 min 792 müraciət daxil olub. Vergilər Nazirliyi bildirir ki, müraciətlərin 91%-i ərizə, 8,9%-i şikayət, 0,1%-i təklifdir. Hesabata görə, müraciətlərin 38,7%-i müxtəlif arayışların alınmasını, 33,7%-i kameral vergi yoxlamalarını, 9,6%-i vergi borclarını, 2,8%...
“ASAN xidmət”də 4832 lisenziya verilib
İqtisadiyyat Nazirliyi 2 noyabr 2015-ci ildən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziya tələb olunan fəaliyyət növləri üzrə lisenziyaları “ASAN xidmət” mərkəzləri vasitəsilə verir. Dekabrın 20-nə olan statistikaya görə, indiyədək 4832 lisenziya verilib. Bunun 2676-sı yeni veri...
Qış
Qış Azərbaycana dekabrın 21-i saat 20:27-də qədəm qoyacaq. Bunu Şamaxı Astrofizika Rəsədxanası açıqlayıb. Dekabrın 21-dən 22-nə keçən gecə ilin ən uzun gecəsi olacaq, 14 saat 43 dəqiqə davam edəcək.
Kataloniyada növbədənkənar seçki
Dekabrın 21-i İspaniyanın Kataloniya vilayətində növbədənkənar parlament seçkisi keçirilir. Vilayətdə oktyabrın 1-də keçirilmiş qanunsuz referendumda bölgənin müstəqil dövlət elan olunmasına səs verilib. Bunu əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik qətnaməsi qəbul edib. Oktyabrı...
Valyutaların 21 dekabr qiyməti
Dekabrın 21-də ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat, Rusiya rublunun kursu 0,0289 manat səviyyəsində saxlanıb. Mərkəzi Bank avronu bahalaşdırıb. Rəsmi qiymət 2,0176 manata qalxıb. Türk lirəsi də dəyər artırıb. Novator.az-ın məlumatına görə, ötən gün banklara 0,4434 manata təklif olunmuş lirə ...
“Azərbaycan Ordusu hücum tapşırığını yerinə yetirməyə qadirdir”
Poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb. Mərasim dekabrın 20-si Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində olub. Mod.gov.a...
Bakıda beynəlxalq konfrans
Dekabrın 21-i Bakıdakı Heydər Əliyev Mərkəzində “2017 – islam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzulu beynəlxalq konfrans başlayıb. Prezident İlham Əliyev konfransın açılış mərasimində çıxış edib. AZƏRTAC-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İ...
Naxçıvan ziyarəti
Türkiyənin baş naziri Binəli Yıldırım dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər mərhum prezident Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarətlə başlayıb. AZƏRTAC xəbər verir ki, sonra Binəli Yıldırım Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri...
Əvəz Zeynallı cərimələndi
Jurnalist, Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Əvəz Zeynallı 200 manat cərimə edilib. Novator.az-ın məlumatına görə, qərar dekabrın 20-də Binəqədi Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsinə əsasən çıxarılıb. Azadliq.info bildirir k...
Hökumətin 7 üzvü istefaya göndərildi
Dekabrın 20-də Moldovada Nazirlər Kabinetinin 7 üzvü istefaya göndərilib. Novator.az-ın məlumatına görə, xarici işlər və Avrointeqrasiya naziri; ədliyyə naziri; iqtisadiyyat və infrastruktur naziri; kənd təsərrüfatı, regional inkişaf və ətraf mühit naziri; səhiyyə naziri; əmək və sosial müdafiə nazi...
Jirinovski SSRİ-dən qopanlara muxtariyyət vəd edir
Dövlət Dumasının sədr müavini, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski keçmiş SSRİ məkanındakı müstəqil ölkələrin könüllü şəkildə Rusiyanın tərkibinə qatılmasına çağırış edib. 1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Li...
Əli Əliyevin ölüm işi: prokuror cəza istəyib
Qarabağ müharibəsi veteranı, yazıçı-publisist Əli Əliyevin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkəmə araşdırması başa çatır. Hadisə 2016-cı ilin fevral ayının 14-də paytaxtda baş verib. AZAL-ın işçisi Seymur Qarayev idarə etdiyi avtomobillə yolu p...
Bakı bəyannaməsindən
Azərbaycan, İran, Türkiyə xarici işlər nazirlərinin dekabrın 20-si Bakıda keçirilmiş beşinci üçtərəfli görüşündə qəbul olunan bəyannamə yayılıb. Mfa.gov.az-ın məlumatına görə, sənəddə deyilir: “Nazirlər bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş bəyannamələrdəki öhdəliklərini vurğulayıblar. R...
Ədliyyə Nazirliyindəki yeni xidmətə rəis təyin olunub
Ədliyyə Nazirliyində yeni yaradılmış quruma – Probasiya Xidmətinə rəis təyin olunub. Məlumatı Oxu.az yayıb. Məlumata görə, Probasiya Xidmətinin rəisi postunu Aqşin Ziyadov tutub. Aqşin Ziyadov buna qədər Nizami rayon prokuroru vəzifəsində çalışıb. Novator.az xatırladır ki, bu il fevralın 10-da...
Amerika-İsveç modeli davam edəcək
Dekabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Rəsmi məlumata görə, konfransda çıxış edən əmək və əhalinin sosial mü...
Payızlıq bitkilərin səpini: hesabat
Dövlət Statistika Komitəsi payızlıq bitkilərin səpini barədə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, dekabrın 1-nə 2018-ci ilin məhsulu üçün 879040,1 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpilmiş sahənin 98,4 faizini dən üçün payızlıq bitkilə...
Üçtərəfli görüşdə nədən söhbət gedib?
Dekabrın 20-si Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. Nazirlər Elmar Məmmədyarov, Məhəmmədcavad Zərif və Mövlud Çavuşoğlu görüşdən sonra birgə mətbuat konfransında açıqlamalar veriblər. Elmar Məmmədyarov qeyd edib ki, görüşdə bu formatda əmək...
Ekoloji pozuntular, cəzalar
1-15 dekabr arası ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını araşdıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti hesabat yayıb. Bildirilir ki, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə ...
20-ci orden verildi
Dekabrın 20-də prezident İlham Əliyev xalq rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordeni təqdim edib. Ömər Eldarovun dekabrın 21-də 90 yaşı tamam olur. O, “Heydər Əliyev” ordeni alan 20-ci şəxsdir. Novator.az bildirir ki, 2005-ci ildə təsis olunmuş “Heydər Əliyev” ordenini indiyədək dövl...