• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
İsmayil Rafiqoglu

Həm var, həm də yox…

  • 29 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

İsmayıl RAFİQOĞLU

2017-ci ilin son günlərini yaşayırıq. Televizorda Yeni illə bağlı xəbərləri daşqın, partlayış, zəlzələ haqda informasiyalar əvəzləyir. Dost-tanışdan hal-əhval tutduqda, demək olar, hamı şikayətlənir. Kimisi məişətində yaranmış çətinlikdən, kimisi kredit borcundan, kimisi də sağlamlığından narazılıq edir. Çoxumuzun beynində elə bir söz fırlanır – “problem” sözü.

“Problemim başımdan aşır”, “problemdən yaxa qurtara bilsəydim”, “problem məni boğaza yıxıb” kimi ifadələr dilimizdən düşmür. Hətta problem olmayan yerdə razılıq bildirəndə “əlbəttə”, “buyurun” kimi sözləri “problem yoxdur”la əvəzləmişik. Neqativ bir yükün daşıyıcısı olan bu söz dilimizə necə düşübsə, daha “çətinlik”, “məsələ”, “iş” kimi sözlər sıradan çıxıb elə bil. “Problemlə qarşılaşmışam”, “problemi həll edirəm” ifadələrini hər gün deyir, hər gün eşidirik.

Əlbəttə, “problem” sözünü tək biz deyil, bütün dünya işlədir. “OK” ifadəsi kimi “problem” sözü də demək olar Amerikadan tutmuş uzaq Avstraliyaya kimi yayılıb. Niyə yayılıb, deyə bilmərik, amma yayılıb. Bir növ kompüter virusu kimi. Kimsə deyər, əşi, bu söz oldu, ya olmadı, bu nəyi dəyişəcək? Əslində dəyişəcək.

Azərbaycanda problemə və ya hər hansı görəcəyimiz işə doğru münasibət formalaşmayıb. Övladı zəif oxuyan uşaq valideyni üçün bir baş ağrısı olduğu halda belə şagirdi əlavə hazırlaşdıran müəllim üçün əsil gəlir mənbəyidir. Bu müəllim də nə yollasa qazanmalıdır. Deyirik rüşvət yaxşı şey deyil, bayramda müəllimi təbrik etməyək, fond pulu yığmayaq, olsun. Bəs müəllim ayda 200 manata necə dolansın? Heç cür. Hətta ən zəif dəllək də ayda 700-800 manat qazanır, nə uşağa çığırır, nə boğazını yorur, olmayan yerdən bir müştəridən 2-3 manatını 15 dəqiqəyə qazanır. O da bol müştəri arzulayır, kiminsə saç-saqqalının uzanması onun gəlir mənbəyidir.

Heç kim xəstə olmaq istəmir, bu bir ciddi problemdir, amma həkim həmişə xəstə arzusundadır. Heç kəs yol qəzasına düşmək istəmir, amma kriminaldan yazan-çəkən jurnalist hadisə yerinə polisdən tez gəlir, çünki çörəyi burdan çıxır. Həyat belə qurulub, biri üçün problem olan o birinin xeyrinədir. Uşaq ona alınan oyuncağı bir anda qırmaqla valideynini nə qədər kədərləndirirsə, bir o qədər də oyuncaq istehsalçısı və satıcısını sevindirir. Beləliklə, istənilən problemdə bir xeyir var, bu olmasa dünyanı işsizlik bürüyər. Bir insan digərini məhz öz problemi hesabına dolandırır. Heç kəs eyni zamanda çilingər, rəngsaz, elektrik ola bilməz, biz qarşımızda duran məsələni kiminsə köməkliyi ilə həll etməliyik, bunun başqa yolu yoxdur.

Yaxşı olar, problem kimi qəbul etdiyimiz vəziyyətə münasibətimizi dəyişək. İstədik-istəmədik həyat yolunda müxtəlif situasiyalarla qarşılaşacağıq. Buna problem deyib şikayətlənə də bilərik, kiməsə xeyir-bərəkət gətirən hadisə kimi də baxa bilərik. Hər halda olduqca neqativ bir yük daşıyan sözdən uzaq dura bilsək, özümüzü ən ağır psixoloji durumdan sığortalamış olarıq. Bizim maliyyə ehtiyatımız başqasının xeyrinə işləməli, digərinin bacarığı, zamanı isə bizim işimizə yardımçı olmalıdır.

Həyatda ən doğru mövqe pozitivlə neqativin balansını qurmaqdır. Elektrik cərəyanında olan kimi. Məhz mənfi və müsbət yüklü hissəciklərin toqquşması iri həcmdə enerjinin yaranmasına gətirir. Biri olmasa, sistem işləməz.

“Problem” sözünü daima neqativ anlamda işlətməklə biz həyatımızın mənfi yükünü artırır, balansı pozuruq. Problemi aradan qaldırmaqda bizə yardımçı olan insana belə bu neqativi ötürürük. Necə deyərlər, xərclədiyimiz pulu bu yolla ona halal etmirik, gözümüz onun dalında qalır. Bu reaksiya da bitmək bilmir, biz kiməsə qarşı belə edirik, kimsə də bizə qarşı. Problem zənciri də elə hey uzanır.

Nəticəsiz qalan problemə görə kədərlənməyə də dəyməz, çünki həllini tapan hər problem həlli olmayan yeni problemi doğurur.


Müəllifin başqa yazıları: 

  • “Brendlərimiz”  

  • Smartfonun sönübsə…  

  • “Qwerty” və ya “123456”?

  • Müsəlman olmağın çətinliyi

  • Qaranlıqdan aydınlığa yönəldən azanın səsi

  • Qorabişən ayın abqorası

  • İngilisin dilini öyrənə bilirikmi?

  • Donald Tramp: Made in USA, bir də yetimə gəl-gəl deyən çox olar

Alpinistlərin axtarışına əlavə qüvvə cəlb olunub

  • 29 Dekabr 2017
  • comments

Yanvarın havası

  • 29 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda