• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlham Əliyev Türkiyədədir

  • 12 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dekabrın 12-də prezident İlham Əliyev Türkiyənin İstanbul şəhərinə gedib.

Məqsəd İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısında iştirak etməkdir.

Zirvə toplantısı dekabrın 13-də keçiriləcək.

Azərbaycanın dövlət başçısını toplantıya dekabrın 9-da Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan dəvət edib. Həmin gün telefon söhbətində dövlət başçıları ABŞ prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Yerusəlimi (Qüdsü) İsrailin paytaxtı kimi tanıdığını bəyan edib, ölkəsinin səfirliyinin Tel-Əvivdən həmin şəhərə köçürülməsi barədə qərar imzalayıb. Rəsmi Bakı həmin qərara dərhal münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib ki, “Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir: “Ölkəmiz Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır. Azərbaycan cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır”.

Novator.az bildirir ki, 1947-ci ildə yaradılmış İsrail Dövləti 1949-cu ildə Yerusəlimi özünün paytaxtı elan edib. 1967-ci ildə İsrail hərbi güclə bütün şəhəri, eyni zamanda Fələstinin başqa ərazilərini tutub. Dünya birliyi bu ilhaqı tanımır, işğal edilən ərazilərin, o cümlədən Qüdsün şərq hissəsinin Fələstinə qaytarılmasını istəyir.

1995-ci ildə ABŞ Konqresi ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi barədə qanun qəbul edib. Amma Donald Trampdan əvvəlki prezidentlər bu qanunun icrasını təxirə salıblar.

Vergilər Nazirliyi xəbərdarlıq yayıb

  • 12 Dekabr 2017
  • comments

Tüstülənən təyyarənin Bakıda məcburi enişi

  • 12 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0
comments
Xəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda