2018 Azərbaycanda respublika idarə üsulunun yubiley ilidir – 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur.
Novator.az qarşıdan gələn ilin Azərbaycanla bağlı bəzi başqa özəlliklərinə də nəzər salıb.
2018-ci ildə Qarabağ münaqişəsinin yeni mərhələsinin və bu fonda Azərbaycanda xalq hərəkatının başlanmasının 30 ili tamam olur. Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın işğalının 25 ili bitir.
Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsinin 25 ili tamamlanır. Partiyanın qurucusu, Azərbaycanın üçüncü prezidenti, mərhum Heydər Əliyevin 95 illik yubileyidir.
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov 80 yaşını qeyd edəcək.
Xalq hərəkatının lideri, Azərbaycanın ikinci prezidenti, mərhum Əbülfəz Elçibəyin 80 illik yubileyidir.
Xalq hərəkatının liderlərindən olmuş sabiq xarici işlər naziri Tofiq Qasımovun, dövlət xadimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 80 yaşı tamam olur.
Mərhum dövlət xadimi Fuad Musayevin 80 illik yubileyidir.
Xanəndə Arif Babayevin, yazıçı Anarın 80 yaşı tamam olur.
Mərhum aktyorlar Həsənağa Turabovun, Kamal Xudaverdiyevin, Həsən Məmmədovun, mərhum təbib Ağabəy Sultanovun 80 illik yubileyidir.
Xalq hərəkatının liderlərindən olmuş sabiq daxili işlər naziri İsgəndər Həmidovun 70 yaşı tamam olur.
Daxili işlər naziri, polis general-polkovniki Ramil Usubov 70 yaşını qeyd edəcək.
Müğənni Akif İslamzadənin, aktyor Rasim Balayevin 70 yaşı tamam olur.
Dağlıq Qarabağın azərbaycanlı icmasının ilk rəhbəri, mərhum Nizami Bəhmənovun 70 illik yubileyidir.
Xalq hərəkatının öncül şəxslərindən olmuş deputat Əli Məsimli, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə 65 yaşlarını qeyd edəcəklər.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun 65 yaşı tamamlanır.
Yazıçı, deputat Aqil Abbasın, jurnalist, deputat Elmira Axundovanın, jurnalist Zeynal Məmmədlinin 65 yaşı tamam olur.
Xalq hərəkatının öncül şəxslərindən olmuş Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin 60 yaşı tamam olur.
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin 60 yaşı tamamlanır.
Milli Məclisin üzvü Məlahət İbrahimqızının 60 yaşı tamam olur.
Hüquqşünas Aslan İsmayılov, yazıçı Nəriman Əbdülrəhmanlı, filoloq Cavanşir Yusifli, şair Mahir Qarayev 60 yaşlarını qeyd edəcəklər.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin 60 yaşı tamam olur.
Mərhum jurnalist Zöhrab Əmirxanlının 60 illik yubileyidir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 55 yaşlarını qeyd edəcəklər.
İctimai Teleradionun baş direktoru, rejissor Cəmil Quliyevin 55 yaşı tamamlanır.
Sabiq hökumət üzvü Fərhad Əliyevin 55 yaşı tamam olur.
Jurnalistlər Qənimət Zahid və Mirşahin Ağayev 55 yaşlarını qeyd edəcəklər.
Ümid Partiyasının lideri İqbal Ağazadənin 50 yaşı tamam olur.
Jurnalist Yusif Rzayevin, şair, jurnalist Qurban Yaquboğlunun, publisist Vahid Qazinin, naşir Şahbaz Xuduoğlunun, jurnalist Azər Həsrətin, yazıçı Fəxri Uğurlunun, media eksperti Ələsgər Məmmədlinin 50 yaşı tamam olur…