• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət komitəsi 9 aya yekun vurub

  • 16 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Əmlak Məsələləri Dövlət Komitəsi yanvar-sentyabr aylarında gördüyü işlərin hesabatını verib. Oktyabrın 16-da yayılan rəsmi məlumata görə, müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov deyib ki, 9 ayda dövlət əmlakının qorunub saxlanması və ondan səmərəli istifadə olunması ilə bağlı 1032-yə yaxın monitorinq aktı təhlil edilib, 5000-dən çox dövlət müəssisə və təşkilatından illik xüsusi hesabatlar elektron qaydada yığılıb, hazırda təhlillər aparılır.

Hesabata əsasən, yanvar-sentyabr ayları ərzində özəlləşdirmə portalından 600 minə yaxın istifadə qeydə alınıb, fəaliyyətə başladığı dövrdən portaldan yararlananların sayı 960 mini keçib.

9 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 40-a yaxın hərrac keçirilib.

Müşavirədə bildirilib ki, elektron kadastr uçotunun işləri yekunlaşmış 12 rayonda bələdiyyə xəritələrinin hazırlanması davam edir. 2017-ci ildə 14 rayonda torpaqların elektron uçotuna alınması işinin tam yekunlaşması nəzərdə tutulur. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir.

Vurğulanıb ki, 57 şəhər və rayon, o cümlədən 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.

Torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə monitorinqlər və reydlərin keçirilməsi davam etdirilib. Hesabat dövrü ərzində 744 hal üzrə inzibati protokollar tərtib olunub. Ümumilikdə indiyədək 1900-a yaxın inzibati protokol hazırlanıb.

Müşavirədə bildirilib ki, hüquqi və fiziki şəxslərə kənd təsərrüfatı məqsədi ilə 165 min hektara yaxın torpaq sahəsi icarəyə verilib.

9 ay ərzində 17 “Kütləvi çıxarış” kampaniyası keçirilib, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə vətəndaşlardan 60 mindən çox müraciət qəbul olunub.

150 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

Emin Huseynzade

Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu

  • 16 Oktyabr 2017
  • comments

Tbilisidə fikir mübadiləsi

  • 16 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda